Baxın sizə özümnən danışım... - 20 yaşında bir oğlanam. - TopicsExpress



          

Baxın sizə özümnən danışım... - 20 yaşında bir oğlanam. ALLAH-a şükürlər olsun ki təmiz adım,mərd ürəyim var. Hər kimləsə söz-söhbətim düşərsə öz sözümə,öz ürəyimə,öz hərəkətimə və ən nəhayəti özümə güvənərəm. Heç kəsin üstünə xoruzlanmaram,zəifi əzmərəm və ən nəhayəti heç kəsin qabağınnan yemərəm... Keçək sevgi məsələsinə... Elədə yaraşıqlı,imkanlı,şəhər uşağı deyiləm. Şəxsi mülküm,maşınım,evim,bağım yoxdu. Bəziləri üçün sadə,bəziləri üçün kobud,bəziləri üçün özünnən razı.Bir əlimdə iki qarpiz tutmaram heç vaxt. Sevdiyim qızı başqa biri ilə paylaşmaram,sevdimsə dəli kimi sevərəm,elə belə deyil oğlan kimi sevərəm. Onunla bəzən romantik,bəzən acıdil,bəzəndə çox kobud olaram,amma əsla özümnən nifrət etdirmərəm,çünki onu itirməyi gözə ala bilmərəm. Onu qisqanaram,ağladaram,incidərəm,hərşeyinə sahiblənərəm,səhvi oldumu üzünə deyərəm,amma kimsə onun haqqında artıq-əskik danişarsa və ya xətrinə dəyərsə həmən insanı yer üzünnən silərəm. İndidə keçək dostlarıma! Söz söhbəti düşəndə itirib axtaran,işi düşəndə yazan "DOST"larla doludur ətrafım. Uşaq deyiləm bunları gözəl başa düşürəm,amma ki qəlblərinə dəyə bilmirəm.. Sözsüz ki,məni başa düşən,dar günümdə yanımda olan,məni olduğum kimi qəbul edib sevən qardaşlarımda var.. Dost dediklərim beynimdə,Qardaş dediklərim ürəyimdədir hər zaman!
Posted on: Thu, 05 Sep 2013 22:08:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015