Başqalarının qüsurlarını iri zərrəbinlərlə gəzənlər - TopicsExpress



          

Başqalarının qüsurlarını iri zərrəbinlərlə gəzənlər haqda... Zəkası və hazırcavablığı ilə tanınmış Qazi İyas ibn Müaviyənin dedikləri necə də ibrətamizdir. Hafiz ibn Kəsir (Allah rəhmət etsin!) rəvayət edir ki, Süfyan ibn Hüseyn deyib: “Bir gün İyas ibn Müaviyənin yanında bir nəfərin adını çəkib bir az məzəmmətlədim. Üzümə baxıb soruşdu: - Bizanslılara qarşı cihad etdinmi? Dedim: - Xeyr. Təkrar soruşdu: - Bəs hindlilərə, türklərə qarşı yürüşlərdə iştirak etdinmi? Dedim: - Xeyr! Başını yellədi: - Necə olur ki, bizanslılar, türklər və hindlilər sənin əlindən sağ-salamat qurtarır, bircə müsəlman qardaşın isə dilindəki tənədən xilas ola bilmir?! Süfyan ibn Hüseyn deyir: “Bundan sonra heç kəsin arxasından danışmadım” . İbn Sirin (Allah rəhmət etsin!) demişdir: “Bildiyin qüsurları (ayıbları) haqda danışıb, yaxşı işlərindən söz etməməyin müsəlman qardaşına qarşı zülmdür” . İbn Mübarək (Allah rəhmət etsin!) demişdir: “Mömin (qardaşlarında) üzr axtarar, münafiq isə qüsur gəzər” .
Posted on: Tue, 24 Sep 2013 06:33:35 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015