Beriyanın gizli gündəlikləri - QƏRİBƏ FAKTLAR Lavrentiy - TopicsExpress



          

Beriyanın gizli gündəlikləri - QƏRİBƏ FAKTLAR Lavrentiy Beriya minlərlə adamı güllələnməyə göndərərkən nə düşünürdü? Niyə hər gördüyü adamın ya casus, ya da xalq düşməni sayırdı? Bu suallara yalnız və yalnız Beriyanın özü cavab verə bilər. Və cavab verdi də. Gündəliklərində. Onun qeydləri uzun müddət gizli saxlanıldı. İndi isə ictimaiyyət üzünə açıqdı. Gündəliklərdən bəzi hissələri çap edirik. 29 iyul, 1938 Heç vaxt düşünməzdim ki, gündəlik yazaram. Amma budur yazdım. Axı kiminləsə məsləhətləşmək lazımdır, hətta Ninoya (Beriyanın xanımı) belə hər şeyi deyə bilmirəm. Yoldaş Stalindən şəxsi məktub aldım. Çekist işinə, Moskvaya qayıtmağı təklif edir. Yejovun (Daxili İşlər Xalq Komissariatı) birinci müavini olacam. O çətin adamdır. DİXK və hərbi kəşfiyyat Yaqodun və Trotskinin zibilləri ilə doludur. Koba yazır ki, partiya rəhbərliyindən bircə mən çekist işini yaxşı bilirəm və ancaq mən işi düzəldə bilərəm. Yazır ki, Mərkəzi Komitədə qayda yarat, sonra istəsən, evə qayıdarsan. Milçəyi öldürürsən, nəcisi yayılar. Koba mənə inandı, hakimiyyət verdi, mən Gürcüstanı o qədər qabağa çəkdim ki, kimsə bir söz deyə bilməz. Amma hər şey düzələn kimi budur Lavrentiy, Moskvaya sürüş. Casus yaxala. İş çoxdur, həzz azdır. Kim bilir, bu əclaflar kimi satıblar, kimi yox. Onların hamısını möhkəm yoxlamaq lazımdır. Budur, Lavrentiy. Koba sənə acımadı, evində sakit yaşamağa qoymur. 5 avqust, 1938 ...Ağır olacaq. Bu iki ildə ölkədə çox qan tökülüb. Amma ən aktivləri aradan götürüblər. Əgər Gürcüstanda hamısını götürsələr, təxminən 50 min adam olar, onda narazı olanlar 200 min və daha çox olacaq. Ölçü götürmək lazımdır... 29 avqust, 1938 İşlər həll edilib. Siyasi büro qərar qəbul etdi. Yoldaş Beriya SSRİ Daxili İşlər Xalq Komissarının birinci müavini təsdiq edildi. Koba ilə danışdım, amma əlac olmadı. Dedi: -“ Bütün kartlar sənin əlindədir. Gələndə diqqətli ol, Yejovla ehtiyatlı davran, fərqli tərəflərə getmə, bir xətti tut”. Nino Serqo ilə (Beriyanın oğlu) hələ ki, burada qalacaq, uşağın təhsilini yarıda qoymaq istəmirəm. Moskva da onun üçün maraqlı olacaq, amma bəlkə dağ havası üçün darıxdı. Hə, hazırlaşıb getmək lazımdır. Hə, Lavrentiy, yenə də forma geyin. İnanmağım gəlmir ki, burada hər şey artıq mənsiz olacaq. Beriya adına stadion, Beriya adına klub, Beriya adına institut, Beriya adına meydan qalacaq. Deməli, xatirələrdə qalacam, sağ olsun insanlar, unutmayacaqlar. 10 sentyabr, 1938 Moskva həyatına alışmağa çalışıram. Nikolay (Yejov) məsafəli davranır. Deyəsən mənim burada işləməyimdən narazıdır. Dedim ki, mən də təyinatdan xoşbəxt deyiləm. Özüm istəməmişəm, mənim üçün Gürcüstanda işləmək daha yaxşı idi. Amma əmr əmrdir. Yenə də narazıdır. Sergey Kremlevin şərhi: “Artıq gündəlikdəki ilk qeydlər Beriyanın Yejovun müavini təyin edilməsi məsələsinə başqa cür baxmağa imkan verir. Onu sevməyənlər iddia edirdilər ki, Beriya Moskvaya karyeraya görə gedib. Amma həqiqətdə Beriyanın bu təyinatında Yejov baş rol oynayıb. 1938-ci ildə yayın ortalarında Stalinə məlum oldu ki, DİXK-da heç də hər şey yaxşı deyil. Vəziyyəti dəyişə biləcək adam lazım idi”. 21 sentyabr 1938 Stalin tez-tez Nikolayı çağırır. Mənsə Lubyankada oturub, papkaları çevirirəm, işi öyrənməyə çalışıram. İşlər isə çox pisdir. İndi mənə aydın oldu ki, Nikolayı dəyişmək lazımdır. O, komissarlıqda çox yaxşı işlər görüb, amma çox şeyləri də pozub. Yaqodanın adamlarını aradan götürməkdə yaxşı edib. Sağ olsun ki, sənaye sahəsində ali təhsilli gəncləri götürüb. Bu adam gəncdir, bizə lazım olacaq. Əsas odur ki, bütün kadrlar yerindədir, Mərkəzi Aparatla isə özüm məşğul olacam. Kaş ki, yeni böyük sui-qəsd çıxmasın ortaya. Bəlkə də artıq var. Sual budur: kim və niyə? Aparat rəhbərliyindən kimlərisə həbs etməli olacağıq. Komissarlığın strukturu çox zəifdir, Nikolay burada zəif işləyib. Hakimiyyət cangüdənləri arasında hərc-mərclikdir. Görürəm ki, Koba nahaq yerə Nikolaya inanır. O nələrsə edir, bu isə təhlükəlidir. Yaqoda bir dəfə edib artıq bunu. 16 oktyabr, 1938 Yoldaş Stalinin yanından elə indicə gəlmişəm. Mühüm söhbət oldu. Yalnız o, mən və Malenkov vardı. Fikir ayrılığı olmadı, sonra isə Koba yalnız məni saxladı. Mən gedəndə o, tək idi, dedi: - İndi Malenkov yaxınlaşacaq, bir-birinizi yaxından tanımalısınız, yollarınız tez-tez kəsişəcək. O da sənin kimi yarımçıq mühəndisdir. Mən diksindim. O isə dedi: -Narahat olma, səni başa düşürəm, mənim də təhsilim yarımçıq qalacaq. Nə etməli, heç də çoxları akademiyada oxuya bilmir. Koba dedi ki, Mərkəzi Komitə diktatura orqanı kimi planlaşdırılıb. Lakin sonradan Yaqoda onu ələ alıb və müxtəlif adamlar, dürüst çekistlər, düşmənlər, sui-qəsdlər, solçular və sağçılar və ya sadəcə orda itib, burda tapılanlarla doldu. Malenkov gedəndə Koba mənim təhqiqatım barədə soruşdu. Dedim ki, Berman (Dövlət təhlükəsizlik orqanlarından birinin rəhbəri. 24 sentyabr 1938-ci ildə Almaniyanın xeyrinə casusluqda ittiham edilərək həbs edilib, 1939-cu ildə güllələnib) və digərləri çox ciddi ifadələr verirlər. O dedi ki, ifadələri tez ona göndərim. Sonra soruşdu: “Yejov çox çirklənib?” dedim ki hə, deyəsən çox. O dedi, onu səninlə dəyişəcəyik, hazırlaş. Yejov isə nəinki çirkli işlərə bulaşıb. Özünü elə aparır, sanki qarmağa keçib. Ya özününkülərin, ya da digərlərinin. Görək. 2 noyabr 1938 Koba tez-tez Yejovu çağırır. İki gün qabaq məni hesabatla yanına çağırdı. Yalnız Molotov, Kaqanoviç və Georgi (Malenkov) vardı. Diqqətlə dinlədi, sonra əsəbləşdi və ana söyüşləri söydü. Deyir, gərək bu q... balalarını güllələyəsən, amma əvvəlcə yaxşıca çırpasan ki, lazım olan hər şeyi onlardan öyrənəsən. Müharibə yaxınlaşır, bizdə isə hamı hamını satır. Sonra dedi: -Eh, Nikolay, Nikolay. Şərəfsiz. Özünü də, bizi də pis vəziyyətdə qoydu. 8 noyabr, 1938 Heç kim bilmirdi ki, biz ən ağır anları yaşayırıq. Nümayişlərdə terror aktı ola bilərdi. Çox rahat şərait vardı, hamı tribunada olurdu. Daqin və onun uşaqları risk edə bilərdilər. Koba bunu başa düşürdü, amma mavzoleydən də çıxıb gedə bilməzdi ki. Hər şeyə nəzarəti əlinə aldı. İndi hər şey asan olacaq. Məncə, biz ən təhlükəli başı aradan götürdük. Kremlevin şərhi: “İzrail Daqin- SSRİ DİXK Dövlət təhlükəsizlik idarəsi 1-ci bölmənin rəisi. Onun DİXK daxilində sui-qəsddə iştirak etməsi və sui-qəsdin özü heç də Beriya və Stalinin uydurma qorxuları deyildi, həqiqət idi. Və Mavzoleydə Daqinin seçdiyi tribuna cangüdənləri Stalin və Siyasi Büro üzvlərinə qarşı terror aktına gedə bilərdilər. Əgər Daqin vaxtında həbs edilməsə idi”. 20 noyabr 1938 Bütün gecəni Kobada olduq, Yejovla məsələni həll etdik. Hər kəs bir nəfərə qarşı. Əgər Yejov özü düşmən olmasa da, onun ətrafı düşmənlə dolu idi. Biz heç də hamısını aşkarlamamışdıq. Necə olur? Elə bilirlər hakimiyyəti aldınsa, hakimsən. Başlayırlar cildlərini dəyişməyə, sonra heç kimi saymırlar, sonra nə gəldi yapışırlar, daha çox puldan və s. və s. və ilişirlər qırmağa. Özləri də bilmirlər necə düşmənə çevrilirlər. Hələ bu bizdəki şərəfsiz çekistlər. Sizin hakimiyyətiniz böyükdür, onu böyük işlər üçün saxlayın və ehtiyatlı olun. İstəməyəndə, Koba bu gün demişkən, özlərini Napolenciklər kimi aparırlar. Elə bilirlər onlar hamıdan ağıllıdırlar, Koba isə axmaqdır, Lavrentiy axmaqdır, şəraiti bilmirlər. Sonra isə sui-qəsd hazırlayırlar. Kobanı öldürmək alınmır. Kobanı öldürmək zarafat deyil ki. Nə olacağı bilinmir. Hakimiyyət istəyirlər. Hakimiyyət yaratmaq deyil, ona birdən birə sahib olmaq istəyirlər. Kimsə hesab edir ki, Kobadan daha yaxşı olacaq. Gah trotskiçilər, gah da sağçılar. Biz belə “ağıllıları” çox görmüşük. Çoxdan məlumdur, nəsə etmək istəyirsənsə onu Koba ilə et. Əgər o səhv etsə, düzəldəcək, o isə nadir hallarda səhv edir. Əsas xəttə isə heç vaxt yanılmır.
Posted on: Mon, 02 Sep 2013 04:26:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015