Beynəlxalq Dostlar Günü... * Bu gün dünyada dostlar günü - TopicsExpress



          

Beynəlxalq Dostlar Günü... * Bu gün dünyada dostlar günü kimi qeyd edilir, əziz dostlarım və e-dostlarım, növbəti dəfə etiraf edim ki, sizin hamınızı sevirəm, özü də dəlicəsinə... * Çoxlu dostlarım olub, var və olacaq - etibarlıları satqınından, sevdiyim incidənimdən min dəfələrlə çox olub, bircə üstünlüyüm olub ki, onlara qarşı hər zaman səmimi və ehriban olmağa çalışmışam - elə dostlarım olub ki, onlarayönəli məhəbbətim lap çızığından çıxıb, amma bir kimsə deyə bilməz ki, ən azı mənə sayğı göstərmir... * Məni incidən, satan, atan, yandıran, hirsləndirən dostlarıma qarşı incikliyimin isə ömrü bir neçə saatdan artıq olmayıb, fəqət həşaratları, soxulcanları heç vaxt xoşlamasam da, onlarsız əsl sevimli dostların dəyərini bilməzdim ki... Dostlar, sizi yaman sevirəm, həyat o qədər qısadır ki, sizə ünvanlanan sevgimə belə çatmaz ömür... Sağ olun ki varsınız... P.S. Dostun cinsi olmur, qadası! ))
Posted on: Tue, 30 Jul 2013 16:48:43 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015