Biopunktura – naturopatik dərman preparatların parenteral - TopicsExpress



          

Biopunktura – naturopatik dərman preparatların parenteral tətbiq edilmə üsuldur. “Biopunktura” termini ilk dəfə Belçikada başqa üsullardan dəqiq fərqləndirmək üçün yaranmışdır. Bu metod akunpunktura, nevral terapiya və homotoksikologiyanın əsasında yaranıb. Biopunktura metodunda fitoterapevtik və homeopatik prepartlar istifadə olunur. Biopunkturada preparatlar təyininin bir neçə variantı mövcuddur: refleksogen zonalarda, akupunktura nöqtələrində, triqqer nöqtələrində, ağrı nöqtələrində və həmçinin, müxtəlif strukturlara-əzələlərə, oynaqlara, birləşdirici toxumalara, bağlara, damarlara tətbiq olunur. Biopunktura üsulunda şərq diaqnoz qoyma üsulu əvəzinə, həkim hər zaman ortodaksal qərb yanaşmasına əsaslana bilər. Bu üsul ənənəvi şərq tibbindən iynəbatırma texnikasını götürərək, onu müasir anatomiya və neyrofiziologiya bilikləri fitoterapevtik və homeopatik preparatlarının istifadəsi ilə birləşdirmişdir. Əsas göstərişlər: Idman travmaları, tennisçinin dirsəyi Artrozlar, revmatik xəstəliklər beldə ağrilar, işialgiya abdominal ağrılar, baş ağrıları, migren astma, bronxit, allergiya qıcıqlanmış bağırsaq sindromu, MBT xəstəlikləri fibromialgik sindrom, yuxu pozğunluğu Biopunkturanın köməkliyi ilə əvvəl toksinlər təmizləniri və drenaj olunur, sonra isə immun system aktivləşdirilir. Biopunkturanı tətbiq etməmişdən əvvəl klinik diaqnoz təyin olunmalı və nəzərə alınmalıdır, çünki bəzi xəstəliklərdə bu terapiya üsülu ilə müalicə istisna olunur. Biopunktura üsülu istifadə olunmayan bəzi xəstəliklər bunlardır: diabet, epilepsiya, şizofreniya, piylənmə, stenokardiya, QİÇS, bədxassəlı şişlər.
Posted on: Wed, 14 Aug 2013 10:46:24 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015