Bir dəfə Göyçay rayonundan bir qadın Mərkəzi Komitəyə, - TopicsExpress



          

Bir dəfə Göyçay rayonundan bir qadın Mərkəzi Komitəyə, şəxsən Bağırova məktub yazmışdı. Məktubda da deyilirdi ki, əri müharibədə ölüb, iki uşağı qalıb. Özü kolxozda işləyir. Kolxozun briqadiri də ona göz-verib, işıq vermir. - Günorta çıxdıq yola. Kəndin adı dəqiq yadımda deyil. Bircə o yadımdadı axşam düşmüşdü, şər qarışmışdı. Kəndin girəcəyində düşdük maşından. Maşını kənara verib piyada kəndin ortasına çatdıq. Yenə sırıqlıdaydı yenə. Bir-iki nəfər dayanmışdı yolun qırağında. Həmin briqadirin evini soruşdu. Evə çatanda mənə qayıtdı ki, sən dayan həyətdə, içəri girmə. Dedim olmaz, mən sizə cavabdehəm. Əlini atdı sırıqlının altına tapançanı çəkdi üstümə ki, sən öl, içəri girsən təpəndən vuraram. Əlim-ayağım əsdi, bir söz deyə bilmədim. Özü girdi evə. Heç beş dəqiqə keçməmiş hündürboylu bir kişi əlləri gözündə, qanı axa-axa, bağıra-bağıra çıxdı bayıra, dalınca da Bağırov. Sən demə, içəri girən kimi əl atıb, buna, briqadir də havalanıb ki, ay Allah, Bağırov! İki barmağını da salıb briqadirin gözünə, dartıb gözünü çıxarıb ki, sən müharibədə həlak olmuş əsgərin ailəsinə çəp baxırsan? (Mircəfər Bağırovun şəxsi mühafizəçisi Məhəmməd Şıxəliyev)
Posted on: Thu, 21 Nov 2013 19:25:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015