Bir gün bir qız gördüm parkda .Otracaqdatək əyləşib - TopicsExpress



          

Bir gün bir qız gördüm parkda .Otracaqdatək əyləşib dənizə baxırdı . Gözlərində kədər vardiı. Sanki kimisə gözlüyürmüş kimi gözlərini dənizdən çəkmirdi.Yaxınlaşdım^ - Salam - Salam - Yanınızda əyləşsəm narahat etmərəm sizi ? - Mənə görə narahat olma , narahat etmirsən - Olar bir söz soruşum ? Söz verirəm get dediyiniz anda çıxıb gedecəm - Buyur - Gözlərinizdə kədər gördüm yəqin ki bunun bir səbəbi var . Demək istəmərsiz ? - Istəmirəm öz dərdimlə sizidə dərdə salım - Yox . Bəlkədə öz dərdimi unutmuş olaram Üzünü dənizə tərəf tutub dedi : - Mən anamın üzünü görməmişəm , hələ çox balacaydım anam rəhmətə gedəndə . Nə bacım var nədəqardaşım .Tək atam böyüdüb məni , imkanımız yaxşı olub .Nişanlamışdı atam məni Nişanlım ,rəfiqələrim var idi . Ama bir gün ............. Susdu bir anlığa , gözləri doldu , əzab çəkdiyini hiss etdim . Peşman oldum soruşduğuma görə - ama düşünürdüm ki dərdini söyləsə bu qədər fikirli və dərdli olmaz . Davam etdi söhbətinə : - Ama bir gün atam məni yanına çağırdı ( ad günüm idi ) - təbrik edib dedi : - Gedək sənə istədiyin hədiyyəni alacam .Rəfiqələrinidə , nişanlınıda axşam ad gününə çağırarsan . Hədiyyəni alıb evə qayıdan zaman maşin qəzası baş verdi atamıda itirdim ... Göz yaşını saxlaya bilmirdi . O ağladıqca , o danışdıqca parçalanırdı ürəyim. - Atamı itirdikdən sonra tək qaldım . Heç kim mənə yaxın durmadı .Əmim atamnan qalan evi , maşını , hərşeyi əlimnən alıb məni küçəyə atdı . Nişanlımda nişani qaytardı ,rəfiqələrimdə mənnən uzaqlaşdılar. - Axı niyə ? - Çünki qəzadan sonra ayağımın biri şikəst oldu . Üzümü kimə tutdumsa - mənim şikəstə baxmağa halım yoxdu - dedi . Həmdə daha nə atam nədə atamın var -dövləti vardı . Danışdıqca göz yaşları yanağınnan süzülürdü . Əlində bərk-bərk tutub saxladığı nəsə birşey var idi . Bir anlığa susmuşduq ikimizdə .O məsum üzü gördükcə ürəyim parçalanırdı . Dolmuşdu gözlərim ancaq özümü saxlamışdim . Əlimi uzadıb dedim: - O əlindəki nədir ele baxmaq olar ? Əlini qırağa çəkib qorxa-qorxa - Nə olar alma onu mənnən dedi - Qorxma onu sənnən almaram , onu sənnən hecç kim ala bilməz . Axı o nədir sənə bu qədər əziz ? Əlini açdı . Üstündə bir yazı olan yaylıq var idi əlində . Bu mənə anamnan yadigar qalıb. - Nə olar get daha , məni tək burax - Bəs sən hara gedəcəksən ? - Məni düşünmə get - Yox . Səni tək buraxıb gedə bilmərəm - Sən mənə söz vermişdin axı - get - Sabah yenə gələcəm bura səni görməyə Getmək istəmirdim ama ona söz vermişdim .Durdum .Yavaş-yavaş uzaqlaşırdım ondan ancaq fikrim , ürəyim hələdə o qizın yanında idi . Getmək istəmirdi ayaqlarım ancaq sözümü tutmalıydım .Birdən bir səs gəldi - maşının kimisə vurduğunu hiss etdim...Qara buludlar aldı başımın üstünü , qaraldı gözlərim . Ürəyimdə - Nə olar ay Allah kaş o qız olmayaydı - deyib yalvarırdım . Arxaya döndükdə camaatın bir yerə yığışdığını gördüm . Qaçıb özümü çatdırdım.Gözlərimə inanmaq istəmirdim - həmin qiz idi , əlində bərk-bərk sıxdığı yaylığıda yox idi əlində .Başını dizlərimin üstünə qoyub - "Ölmə nə olar ölmə "- deyib qışqırırdım . Bir maşına qoyub xəstəxanaya çatdırdıq .Ama daha çox gec idi - canını tapşırmışdı Allaha . Mənsə bunu qəbul edə bilmirdim .Xəstəxanada - Yox ola bilməz - deyib dəlilər kimi qışqırırdm ... Yanağımnan yaş- süzülürdü əllərinə . Buraxmaq istəmirdim əllərini bərk-bərk tutub saxlamışdım . Sanki onu qoymurdum getməyə ama artıq çox gec idi - o yox idi həyatda . Hər gün ürəyim qan ağlayırdi . Təsəlli tapmaq üçün məzarının üstünə gedib danışırdım daş parçasının üstündəki rəsmi ilə . Bir gün - onu ilk dəfə gördüyüm yerə getdim . Boş otracaqlar ,solğun çiçəklər, ətrafda gəzişən insanlar. Ancaq tək o yox idi . Durub getmək istəyərkən bir vaxt əlində bərk- bərk sıxdığı ,ona hərşeydən əziz olan yaylığı gördüm otracağın altında . Sanki öləcəyini bilirmiş kimi bir xatirə saxlamışdı yaylığını otracaqda . Axı mın durub gedərkən ona demişdim sabah yenə gələcəm bura səni görməyə . Yaylığı açdım və oxudum ... Bu dünyanı tərk edirəm əlvida Gözlərimə baxma qəmli bağışla Tək buraxıb səni gedirəm əlvida Bağışliaa bilsən əgər bağışla ..
Posted on: Sat, 20 Jul 2013 20:36:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015