Bir nəfər mömin danışırdı: Suriyada (bir-neçə il öncə) - TopicsExpress



          

Bir nəfər mömin danışırdı: Suriyada (bir-neçə il öncə) Həzrət Zeynəbin (ə) ziyarətində olarkən müqəddəs məzarının yanında belə bir dua etdim: "İlahi! Zeynəbin yaşadıqlarını mənə də yaşat!" – (adam bəzən çox həyacanlanıb atifi olanda nə dediyi və etdiyinin fərqində olmur). Ziyarətdən sonra bazarda gəzirdik birdən özümüz ilə apardığımız 3-4 yaşlı qızım bazarda itdi. İki-üç saat bütün bazarı və ətrafını gəzdik. Uşaqğı tapa bilmədik. Anası az qalırdı huşdan getsin və ruhunu Allaha tapşırsın. Bu an gözüm ziyarətgaha sataşdı və yadıma etdiyim dua düşdü. Barmağımı dişlədim, nə qələt elədiyimi başa düşdüm və ele o anda səcdəyə düşərək dedim: İlahi! mən Zeynəb qapısında bir it ola bilərəm, əgər qəbul etsə, mən o çıxan imtahanlardan çıxa bilmərəm... Bir az zaman keçmişdi ki, gördüm polis məmuru uşağın əlindən tutub bizə tərəf gəlir... Bu hadisədən sonra həmişə Zeynəbin (ə) gecə qaranlıqda yezidçilər qorxusundan qumlu və tikanlı səhraya pərən-pərəm düşmüş xırda qız uşaqlarını axtarmağı yadıma düşür... və fikirləşirəm ki, altından çıxa biməyəcəyim bir dua etmişəm!
Posted on: Sat, 10 Aug 2013 14:48:16 +0000

Trending Topics



a>
Inaugura Gobernador Padrés Foro de Consulta Técnicos-Programa de

Recently Viewed Topics




© 2015