Bir qadınınn taleyi. Dəniz kənarinda bir qadin durub Qəmli - TopicsExpress



          

Bir qadınınn taleyi. Dəniz kənarinda bir qadin durub Qəmli gözləriylə dənizə baxir. Kim bilir həyatdan necə yorulub? Dərdləri gözündən dənizə axır Insanlardan uzaq, qəlbi sıxılır Ruhunu incidən axı çox olur, Dəniz dərdlərini sanki aparır Dalğalar getdikcə gözdən yox olur. Kimsə anlamadı arzularını, Qəlbindən keçəni duyan olmadı Saran yox qəlbinin yaralarını Kimsə dərdlərinə dərman olmadı Düşünür ki, bir gün ölüb gedəcək, Dalğalar ardınca izin siləcək Qəbrinə görəsən kimlər gələcək? İnsanlar ardından nələr deyəcək? Qovuşa bilmədi sevdiyinə o, Tənha həyatını sürdürəcəkdir Qoxlaya bilmədi körpəsini o, Başqa körpələri seyr edəcəkdir. Sevənlər sahildə gəzib-dolaşır Onun sevgilisi kim bilir harda? Cavanlar uzaqdan yaman baxışır Onun sevdiyi yox aralarında Əyninə gəlinlik geyə bilmədi Dərdini kimsəylə bölə bilmədi Analıq hissləri qəlbində qaldı Bütün əzablarla yalnız üzləşdi. Birdən xəyallardan qadın ayıldı Hər kəsi süzərək ətrafa baxdı Anladı kimsəyə lazım deyilmiş Başını qaldırıb Səmaya baxdı Səmaya açaraq o qollarını Uçub bu Dünyadan getmək istədi Unudub Dünyanın insanlarını Həyatı tərk edib ölmək istədi. Birdən kimsə onun qolundan tutdu Məni qoyub söylə, hara gedirsən? Etdiyi savablar əlindən tutdu, Özünü öldürmək-günah bilmirsən? Belə getsə sonun cəhənnəm olar Bütün əməllərin bihudə olar Ölməyi istəsən-istəməsən də Bir gün bütün ruhlar canından olar. Hələ ki vaxtın var, yaşamalısan Dünyada yenilik yaratmalısan Sən hələ burada çalışmalısan Dənizə nağıllar anlatmalısan.. _Romeo_
Posted on: Sun, 22 Sep 2013 19:07:11 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015