Bir şahın vəziri var imiş.nə olursa olsun deyirmiş ki, - TopicsExpress



          

Bir şahın vəziri var imiş.nə olursa olsun deyirmiş ki, xeyrlisi bu imiş. Şah onun bu sözündən bezar imiş. Bir gün ovda olanda şir şahın baş barmağını qoparır. Şah dilxor halda vəzirə deyir ki, gördündə nə oldu?Vəzirdə təmkinini pozmadan deyir ki, xeyrlisi bu imiş.Şah əsəbləşib bunu həbsə atdırır. Bir müddət sonra Şah yenə ova gedir, bunu adam yeyən qəbilənin əsgərləri yanındakılarla bir yerdə mühasirəyə alıb tuturlar. Bunları bir bir yeyirlər. Növbə şaha çatanda baxırlar ki, bunun baş barmağı yoxdur.buda bunlarda bədbəxtlik gətirən əməl kimi qəbul edilirmiş. Bunu buraxırlar. Gələn kimi vəziri azad etdirib yanına çağırır. Vəzir gələn kimi deyirki, sənin sözündə həqiqət var imiş məni öldürmədilər, bəs sənin həbsdə olmağının nə xeyri oldu? Vəzir deyir, şah sağolsun, mən həbsdə olmasaydım indi yeyilənlərin içində məndə var idim.
Posted on: Tue, 27 Aug 2013 18:00:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015