Bismillahir-rəhmanir-rəhim. As Salamu Aleykum Ey bizi bizdən - TopicsExpress



          

Bismillahir-rəhmanir-rəhim. As Salamu Aleykum Ey bizi bizdən çox sevən Rəbbim... Bizi Sən yaratdın və Səndən başqa Yaradan yoxdur. Ey böyük ərşin sahibi.Ey bütün nöqsanlardan uzaq olan, Rəbbim. Səndən Sənin rəhmətini və məğfirətinin böyüklüyünü diləyirəm. Ey rəhmlilərin ən rəhmlisi olan, Rəbbim. Sıxıntılarımı aradan qaldır, kiçik günahlarımın üstünü ört, böyük günahlarımı bağışla. Ey bəndəsini ruziləndirən, məni və bütün müsəlman bacı-qardaşlarımı ruziləndir, qəlblərimizə iman nurunu daxil et, bizə bu dünyada və Axirətdə fayda verən elm ver. Axı Sən verməyi istəməsəydin, istəməyi də verməzdin. Ey özündən başqa ibadətə layiq ilah olmayan Allahım. Bütün günahlarımı bağışla, məni pisliklərdən qoru və yaxşılıqlara doğru yönəlt. Mən günahkar bir bəndə olduğumu etiraf etdim və bu günahlara görə tövbə də etdim. Allahım tövbələrimi qəbul et.Həqiqətən sənin tövbə qapın ta Qiyamət gününə kimi üzümüzə açıqdır. Bismillahir-rəhmanir-rəhim. Ya əliyyu, ya əzim. Ya ğəfuru, ya rəhim. Əntər-rəbbul əzim. Əlləzi ləysə kəmislihi şəy’. Və huvəssəmi’ul bəsir. Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur. Və huvəş- şəhrulləzi fərəztə siyaməhu ələyy. Və huvə şəhru rəməzan. Əlləzi ənzəltə fiyhil Qur’an. Hudən linnasi və bəyyinatin minəl-huda vəl-furqan. Və cə’əltə fihi ləylətəl-qədr. Və cə’əltəha xəyrən min əlfi şəhr. Fəya zəl-mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki rəqəbəti minən-nar. Fiymən təmunnu ələyh. Və ədxilnil-cənnətə. Birəhmətikə ya ərhəmər-rahimin. (Ey ulu, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən, Sən böyük Allahsan. Elə Allah ki, Ona bənzər yoxdur, eşidən və görəndir. Bu Ramazan ayı, Sənin bütün başqa aylardan böyük və hörmət etdiyin, şərəfli edib, üstün tutduğun bir aydır. Elə bir ay ki, onda oruc tutmağı mənə vacib etmisən. Və o, Sənin insanların hidayəti üçün Qur’anı və haqqı batildən ayıran, doğru yola yönəldən açıq-aşkar dəlilləri nazil etdiyin Ramazan ayıdır və o Ramazan ayında Qədr gecəsini qərar verib, o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi, Sənə minnət göstərilməz. Mənə, minnət göstərilən bəndələrinin dəstəsində əzabdan azad etməklə minnət qoy və məni Cənnətə daxil et, ey mərhəmətlilərin daha mərhəmətlisi) Bismillahir-rəhmanir-rəhim. Allahummə ədxil əla əhlil-quburis-surur. Allahummə əğni kullə fəqir. Allahummə əşbi’ kullə cai’. Allahumməksu kullə uryan. Allahumməqzi dəynə kulli mədin. Allahummə fərric ən kulli məkrub. Allahummə ruddə kullə ğərib. Allahummə fukkə kullə əsir. Allahummə əslih kullə fasidin min umuril- muslimin. Allahumməşfi kullə məriz. Allahummə suddə fəqrəna biğinak. Allahummə ğəyyir suə halina bihusni halik. Allahumməqzi ənnəd-dəynə və əğnina minəl-fəqr. İnnəkə əla kulli şəy’in qədir. (İlahi, qəbristan əhlinə şadlıq verib, onları sevindir. İlahi, bütün kasıb və yoxsulları dövlətli et. İlahi, bütün acları doyuzdur. İlahi, libası olmayan bütün yoxsulları geyindir. İlahi, bütün borcluların borclarını ödə. İlahi, bütün çətinlikdə yaşayanları qəm-qüssədən azad et. İlahi, bütün qəribləri öz vətənlərinə qaytar. İlahi, bütün əsirləri əsirlikdən qurtar. İlahi, mö’minlərin işlərinin fasidlərini islah et. İlahi, bütün xəstələrə şəfa ver. İlahi, Öz sərvətinlə bizim yoxsulluğumuzu aradan qaldır. İlahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir. İlahi, bizimborclarımızı ödə və bizə yoxsulluqdan nicat ver. Həqiqətən, Sən hər bir şeyə qadirsən) Ramazan ayının 7-ci gününün duası: Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin. Tərcüməsi: İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv ıə nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi! İftar duası: "Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir- Rəhmanir-Rəhim. Ya vasiəl- məğfirəti iğfirli". Tərcüməsi: "İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!" Ezizler dualarinizda wefaya ehtiyaci olan xesdeleri,borculari,imkansizlari,ovlad hesretinde olanlari,hicab hesretinde olanlari,sengerde vetenin kewiyinde duran eskerleri,dunyanin her yerinde zulme meruz qlan muselmanlari ve momin ve momineleride yad etmeyi unutmayin Allah dua ve ve ibadetlerinizi qebul elesin. Allahume Selli Ela Muhammedin Ve Ali Muhammed Ve Eccil Ferecehum
Posted on: Tue, 16 Jul 2013 00:20:50 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015