Bizim millətin milyonçuları pullarını ziyalı yetişdirməyə - TopicsExpress



          

Bizim millətin milyonçuları pullarını ziyalı yetişdirməyə yox, müğənni yetişdirməyə xərcləyir! Hal-hazırda leksikonumuzda xeyriyyəçi sözünü sponsor sözü əvəzləmişdir. Sponsor müğənnilərin konsertləri, albom və klip təqdimatlarının təşkili üçün pul xərcləyib, onların maşın və ev ilə təmin edirsə, xeyriyyəçi minlərlə gəncin təhsil almasına, pula ehtiyacı olan insanlara kömək etmək və cəmiyyəti yaxşı mənada dəyişdirmək yönündə gördüyü işlərə milyonlar xərcləyəndir. İnsana yeni işlər görmək uğrunda stimul verən xeyriyyəçilik, insanlığın ən təqdirəlayiq keyfiyyəti hesab olunub cəmiyyətin yardıma ehtiyacı olan kəsiminə əl uzatmaqdır.Tarixi vərəqlədiyimiz zaman xeyriyyəçilərimizin xalqın uğurlu gələcəyindən dolayı bütün mal və sərvətlərini xərcləmiş olduğunun şahidi olarıq. Xeyriyyə cəmiyyətlərinin açılması, qızlar məktəbinin və məscidlərin tikilməsi, gənclərin ölkə xaricində təhsil alması, maarifçilik yönündə və milli şüurun oyanması üçün qəzet və jurnalların nəşrinin bütün xərclərini öz üzərinə götürərək daha neçə-neçə uğurlu işlərə imza atan milyonçularımız olmuşdur ama indi nəysə.... TM
Posted on: Mon, 04 Nov 2013 16:36:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015