Blogger Həbib Müntəzirə sui-qəsd təşkil etmək üçün - TopicsExpress



          

Blogger Həbib Müntəzirə sui-qəsd təşkil etmək üçün Almaniyaya göndərilən Tural Qurbanovla bağlı yeni təfərrüatlar Azərbaycan Xarici Işlər Nazirliyi Maldiv adalarında oteldə meyiti tapılan Tural Qurbanovun ölümünə aydınlıq gətirib. XIN sözçüsü Elman Abdullayev APA-ya bildirib ki, Azərbaycanın Almaniyadakı səfirliyin ikinci katibi Tural Qurbanov iyulun 25-də məzuniyyətdə olarkən rəhmətə gedib. Elman Abdullayev əlavə edib ki, ilkin məlumatlara görə, Tural Qurbanov məzuniyyətdə olarkən ürək çatışmazlıqdan dünyasını dəyişib. Tural Qurbanovun ölümü barədə ilk xəbəri Maldiv mətbuatı və BBC yayıb. Bundan sonra Almaniyada yaşayan blogger Emin Milli “Facebook” səhifəsində Tural Qurbanov barədə ilginc məlumat paylaşıb. Emin Milli bildirib ki, Tural Qurbanov Almaniyaya xüsusi missiya ilə gəlib. Onun gəlişinin səbəbi Almaniyada yaşayan başqa bir blogger Həbib Müntəzirin həyatına sui-qəsd təşkil etmək olub. Lakin Azərbaycan hakimiyyətinin bu planı vaxtında ifşa olunub. Emin Milli ehtimal edib ki, Tural Qurbanov işinin öhdəsindən gələ bilmədiyinə görə aradan götürülüb. Həbib Müntəzir isə “Azadlıq”a məsələnin təfərrüatlarını danışıb. O, bildirib ki, Tural Qurbanov MTN əməkdaşı olub. Bu şəxs Almaniyada kürd və çeçen kriminal dairələrinin vasitəsilə ona sui-qəsd təşkil etmək göstərişilə Almaniyaya gəlib. Tural Qurbanovun səfirlikdəki vəzifəsi formal xarakter daşıyıb və bu, onun toxunulmazlığı üçün lazım olub. “Özü də ona xüsusi imtiyazlar tanınmışdı. Bizim araşdırlaramıza görə o, Almaniyaya gəlməmişdən əvvəl onun üçün xidməti maşın, ev ayrılıbmış. O, Berlindəki kürd və çeçen kriminal qruplarının xidmətindən yararlanmağı düşünürmüş. Lakin biz vaxtında xəbər tutduq. Dərhal Almaniyanın ombudsmanı Markus Löninqlə görüşdük. Məsələni onun diqqətinə çatdırdıq. Markus Löninq bizə alman polisinə müraciət etməyi məsləhət gördü. Biz də dərhal alman polisinə və digər hüquq-mühafizə orqanlarına müraciət etdik. Onu da qeyd edim ki, Tural Qurbanov Bakıda prokurorlardan birinin oğludur. Həmin prokurorun adı da mənə bəllidir, lakin açıqmalamağı məqsədəuyğun saymıram”, - deyə Həbib Müntəzir vurğlayıb. Blogger əlavə edib ki, o, Tural Qurbanovun qətlə yetirildiyini ehtimal edir. “Azadlıq” Tural Qurbanovnu hansı prokurorun oğlu olması barədə araşdırma aparıb. Bəlli olub ki, o, Habil Qurbanovun oğludur. Habil Qurbanov isə keçmiş prokuror olub. O, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq Institutunun Dövlət və Hüquq Nəzəriyyəsi, Mülki Hüquq və Mülki Proses şöbəsinin müdiri vəzifəsində çalışır.
Posted on: Fri, 02 Aug 2013 17:36:13 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015