Braziliya çempion oldu Bu gecə FİFA Konfederasiyalar kubokuna - TopicsExpress



          

Braziliya çempion oldu Bu gecə FİFA Konfederasiyalar kubokuna yekun vurulub. Qol.Az-ın məlumatına görə, artıq üçüncü yerin sahibi məlum olub. Bürünc medallar uğrunda görüşdə Uruqvay və İtaliya yığmaları üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun əsas vaxtı 2:2 hesabı ilə bitib. Əlavə vaxtda da hesab dəyişmədiyindən oyun penaltilər seriyasına gedib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən İtaliya millisi 3:2 hesabı ilə qalib gələrək bürünc medalın sahibi olub. Final matçında isə Braziliya və İspaniya milliləri münasibətlərinə aydınlıq gətiriblər. Rəqibini 3 cavabsız qolla məğlub edən Braziliya yığması Konfederasiyalar kubokunun qalibi olub. w.metleb
Posted on: Mon, 01 Jul 2013 06:28:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015