Britaniyada çıxan «The Observer» qəzeti yazır ki, - TopicsExpress



          

Britaniyada çıxan «The Observer» qəzeti yazır ki, Azərbaycan korrupsiya və insan haqlarının vəziyyətinə görə tənqid olunsa da, Londonun bahalı Mayfair ərazisində yerləşən «müstəqil» cəmiyyət onu millət vəkillərinə və rəsmilərə tamam başqa qiyafədə təqdim edir. Jurnalistlər Jamie Doward və Charlotte Latimer-in məqaləsi «Dəbdəbəli otellər və kürü diplomatiyası: Azərbaycan elitası millət vəkillərini necə ələ alır» adlanır. «The Observer»in məqaləsində deyilir ki, «guya müstəqil ticarət qurumu olan Avropa Azərbaycan Cəmiyyəti (The European Azerbaijan Society – Teas) müntəzəm olaraq Britaniya millət vəkillərini və Avropa Parlamentinin üzvlərini keçmiş Sovet respublikasına qonaq aparır və orada onları lüks otellərdə yerləşdirir». İPƏK XALÇALAR, QIZIL, KÜRÜ VƏ ƏLBƏTTƏ, PUL Qəzet yazır ki, bundan əvvəlki səfərlər zamanı Avropa Şurasının üzvlərinə Bakıda «krallara layiq qonaqpərvərlik» göstərilib. İşin içində olanlardan biri qəzetin müxbirlərinə belə deyib: «Bunlar əsl gəzinti səfərləridir və qonaqlara çox bahalı hədiyyələr verilir. Hədiyyələr əksərən bahalı ipək xalılardan, qızıl və gümüş əşyarlardan, içkilərdən, kürü və puldan ibarətdir. Bakıda 2 kiloqram kürü adi hədiyyə sayılır». Arxiv fotoArxiv foto Məqalədə qeyd olunur ki, insan haqları qrupları dünyanın ən avtoritar rejimlərindən birinə, seçkilərin saxtalaşdırıldığı və jurnalistlərə və müxalifət partiyalarına divan tutulduğu bir vaxtda, yaxşı imic yaratmaq üçün «kürü diplomatiyası»ndan istifadə cəhdlərini kəskin tənqid edirlər. Jamie Doward və Charlotte Latimer yazırlar ki, TEAS Azərbaycanda neft və mədən maraqlarının əksəriyyətinə sahib elitar ailələrin ruporu olmaqda ittiham edilir. «Cəmiyyətə İlham Əliyevin yaxın çevrəsinə daxil və Azərbaycanın ən qüdrətli adamı kimi tanınan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Londonda mənzillənmiş oğlu Tale Heydərov rəhbərlik edir»- yazır qəzet: «Zahirən TEAS müstəqil təşkilat kimi görünə bilər, - deyir beynəlxalq Global Witness qeyri-hökumət təşkilatından Tom Mayne, - lakin tək bircə Tale Heydərovun ona rəhbərlik etməsi faktı cəmiyyət və onun məqsədləri barədə suallar doğurur». “The Observer” yazır ki, yaxşı əlaqələrə malik lobbiçi Lionel Zetter-in direktor olduğu bu cəmiyyət Londonda Queen Annes Gate ünvanında, parlamentə çox yaxın bir məkanda yerləşir və Uestministerlə (Britaniya Parlamenti) güclü əlaqələrə malikdir. HEYDƏROV QONAQPƏRVƏRLİYİ Bu da qeyd olunur ki, TEAS rəsmi olaraq «Azərbaycan naminə Britaniya parlament partiyaları qrupu» üçün katiblik rolunu oynayır və bu partiyaların illik konfranslarında millət vəkilləri üçün bahalı ziyafətlər təşkil edir. Təşkilat bu yaxınlarda Mühafizəkarlar Partiyasının illik qurultayından sonra 400 millət vəkilinə caz ziyafəti verib. BakıBakı Məqalədə deyilir ki, millət vəkilləri tərəfindən rəsmən bəyan edilmiş maraqlar siyahısına görə cəmiyyət təkcə mühafizəkar parlamentarilərin Bakıya səfər xərclərinin ödənməsinə 71 min 740 funt sterlinq xərcləyib. Qəzet yazır ki, parlamentdəki «Azərbaycan qrupu»nun üzvü və bu qrupun keçmiş sədri, mühafizəkar millət vəkili Mark Field bir müddət TEAS-dan ildə 6 min funt sterlinq maaş alırmış. Qəzet bildirir ki, Field bu iddialara şərh verməkdən imtina edib...
Posted on: Wed, 27 Nov 2013 10:35:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015