Britaniyalı alimlər qida qəbulu zamanı yol verilən 5 ən çox - TopicsExpress



          

Britaniyalı alimlər qida qəbulu zamanı yol verilən 5 ən çox yayılmış səhvi ortaya çıxarıblar. Bu səhvlər aşağıdakılardır: 1. Fiziki və ya psixi gərginlikdən əvvəl və ya sonra qida qəbulu. Gərgin fiziki işdən yarım saat əvvəl və yarım saat sonra yemək yemək olmaz. Həmçinin güclü həyəcan keçirdikdən yarım saat sonra da qida qəbul etmək olmaz. Bu, mədə şirəsinin normal ifrazına əngəl olur. 2. Yeməkdə müxtəliflik faydalıdır. Bəli, faydalıdır, amma aralarında vaxt kəsiyi olmalıdır, 15 dəqiqəyə üç cür yeməyi mədəyə doldurmaq olmaz. Qidanı yaxşıca çeynəmək, hər təamdan sonra isə bir qədər fasilə vermək lazımdır. 3. Çox qaynar və çox soyuq yeməkləri birlikdə yemək. Bir dəfəyə otaq temperaturundan aşağı və ağzı yandıran qidaları qəbul etmək olmaz. Bu, həm dişlərə, həm də mədəyə ziyandır. 4. Xörəyi salatla yemək. Ümumiyyətlə, çiy meyvə-tərəvəzi termik emaldan keçmiş ərzaqlarla yemək olmaz, bunları ayrıca salat kimi əsas yeməkdən əvvəl yemək lazımdır. O zaman mədə şirəsi ifraz olunacaq, həzm sisteminin motorikası işə düşəcək, əks halda isə mədədə qıcqırma və çürümə prosesləri başlayacaq. 5. Yemək zamanı maye qəbul etmək. Yeməkdən öncə, yemək zamanı və dərhal yeməkdən sonra hər hansı bir içki içmək olmaz — o ağız suyunu yuyub aparır, mədə şirəsini durulaşdırır. Yeməkdən yarım saat əvvəl və bir saat sonra su içmək daha faydalıdır. Dr.Cavid Ismayilov Mənbə: Fakt Xəbər
Posted on: Mon, 23 Sep 2013 08:59:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015