Bu da Bentley-in yolsuzluq avtomobili “Bentley Motors” - TopicsExpress



          

Bu da Bentley-in yolsuzluq avtomobili “Bentley Motors” şirkəti rəsmən istehsalçının dördüncü model sırasına başlanğıc verəcək yeni yolsuzluq avtomobilinin hazırlanmasını təsdiq etdi. Yenilik 2016-cı ildə bazara çıxacaq. “Bentley” yolsuzluq avtomobilinin istehsalı istehsalçının britaniyadakı zavodunda həyata keçiriləcək. Yeni modellərin hazırlanması və istehsala buraxılması məqsədi ilə “Bentley” şirkəti zavoda 800 mln funt sterling (təxminən 1,2 mlrd dollar) pul qoyacaq və 1000 iş yeri yaradacaq. Böyük Britaniyanın baş naziri Devid Kemeron bu barədə dedi: - “Mən çox şadam ki, “Bentley”-nin yeni modelinin istehsalı burada həyata keçiriləcək və bu təkcə 1000 iş yeri yaratmağa deyil, həm də mövcud olanları möhkəmlətməyə kömək edəcək və peşəkar tədris üçün imkanlar və stimul yaradacaq”. “Bentley” yolsuzluq avtomobili ilə bağlı başqa heç bir məlumat verilmir. Yalnız məlumdur ki, yenilik “bazarda ən bahalı və güclü avtomobil” olmalıdır. “Bentley” şirkəti 2012-ci ildə gələcək yolsuzluq avtomobilinin “EXP 9F” adlı prototipini nümayiş etdirmişdi, lakin sonra elan edildi ki, yenilik başqa eksteryer əldə edəcək və klassik modellərə daha yaxın olacaq. Həmçinin məlumdur ki, avtomobil 190 min dollara satılacaq və onun əsas satış bazarları ABŞ və Çin olmalıdır.
Posted on: Thu, 25 Jul 2013 14:13:14 +0000

Trending Topics



v>

Recently Viewed Topics




© 2015