Bu gecə Şabran rayonunda 16 yaşlı qız özünü asıb. Şarban - TopicsExpress



          

Bu gecə Şabran rayonunda 16 yaşlı qız özünü asıb. Şarban rayon polis şöbəsinin rəisi Məmmədmusa Hüseynovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 1997- ci il təvəllüdlü Aytac Əhmədova özünü yaşadığı evin həyətindəki yarımçıq tikilidən asıb. Şabran rayon orta məktəbinin 9-cu sinif şagirdi olan Aytac Əhmədovanın meyitini asılmış halda səhər saatlarında yaxınları aşkarlayıb. Qızın özünü öldürmə səbəbləri araşdırılır. Faktla bağlı cinayət işi başlanıb.
Posted on: Thu, 29 Aug 2013 09:06:51 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015