Bu gün Milli Şuranın təsis yığıncağında müxalifətçi - TopicsExpress



          

Bu gün Milli Şuranın təsis yığıncağında müxalifətçi həmkarlarıma, beynəlxalq aləmə, xalqımıza və iqtidara ayrı-ayrılıqda müraciətlər etdim... Nəhayət, sonda Azərbaycan hökumətinə müraciət edirəm. Artıq bu xalq azad olmaq, azad yaşamaq əzmindədir. Daha ona məxsus olan hakimiyyəti bir qrup oliqarxın zəbt etməsi ilə barışmayacaq. Hər keçən gün bizi demokratik dəyişikliklərə yaxınlaşdırır. Tarixin inkişaf qanunauyğunluqları da, beynəlxalq aləmdə diktaturalara tolerant münasibətin arxada qalması da, ən vacibi Azərbaycan xalqının arzusu, iradəsi bu ölkədə avtoritar, kriminal, sülalə hakimiyyətinin sonunun yaxınlaşdığını, bu sonun labüdlüyünü ortaya qoyur. Bir halda ki, sonda məğlub olacağınız labüddür, niyə öz ətrafınızın da, bizim də, xalqın da, elə özünüzün də həyatını zorlaşdırırsınız? Çəkilin bu xalqın yolundan! Bu xalq azadlıq istəyir, taleyinə sahib olmaq istəyir, Azərbaycan Xalq Cumhuriyətinin şanlı ənənələrini yaşatmaq istəyir və buna müvəffəq olacaq! youtu.be/-k4V-r47-zU
Posted on: Fri, 07 Jun 2013 17:19:55 +0000

Trending Topics



oibibo, cleartrip,
tjukzymvk
Ok, ok.. quit nipping at me. Here are the results of my
A teacher was taking his class of 12 year olds, and he asks them

Recently Viewed Topics




© 2015