Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab - TopicsExpress



          

Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb. Ağdam klubu bu mərhələdə Almaniyanın “Eintracht” komandası ilə üz-üzəydi. Təmsilçimiz bu rəqibi ilə ilk oyunu doğma meydanda keçirdi və iki cavabsız qolla uduzdu. Bu üzdən də “Qarabağ”ın cavab matçında sürpriz etmək şansı çox aşağı idi. Təəssüf ki, Qurban Qurbanovun yetirmələri səfərdə də sürpriz edə bilmədilər və oyunu məğlub vaşa vuraraq, mübarizəni dayandırmaq məcburiyyətində qaldılar. Avropa Liqası Pley-off mərhələsi (cavab oyunu) 29 avqust Eintracht - Qarabağ - 2:1 (1:0) Qollar: A.Meyer, 10 (1:0), Reynaldo, 58 (1:1), İnui, 75 (2:1) Baş hakim: Duarte Qomez (Portuqaliya). Frankfurt. “Commerzbank-Arena” (Waldstadion). Oyun başladı. Komandamıza uğurlar arzulayırıq! 4. Fubolçularımızın müdafiədəki səhvi az qala erkən qolla nəticələnəckdi. Amma son anda hər şey komandamız üçün yaxşı qurtarır 5. Oyunda ilk korneri almanlar qazanırlar. Komandamız diqqətli oynayır, əks-hücuma çıxır, amma uğursuz olur 7. Meydan sahibləri qol vursa da, öncə ofsayd olduğu bildirilir 10. Komandamız ilk dəqiqələrdən heç də müdafiədə oturmaq fikrində olmadığını arabir təşkil etdiyi kəskin hücumlarla isbatlasa da, hələ ki, onları təhlükəli qol vəziyyəti saymaq olmaz 10. Gelaşvili rəqib qapıçı ilə üz-üzə qalsa da, son anda rəqib müdafiəçi onun topa zərbə vurmasına imkan vermir 10. Rodenin ötürməsini Bakıda dubla imza atmış Meyer bir toxunuşla tora qovuşdurur - 1:0 15. Komandamızın orta sahədə oyunu yenə alınmır və rəqib futbolçular topa daha çox nəzarət edirlər 20. Görünür erkən qol komandamızı ruhdan saldı 24. Çumbinyo uzaq məsafədən qol vurmağa çalışsa da, zərbəsi dəqiq olmur 27. M.Medvedevdən əla ötürmə alan V.Nadirovun qapıya iti bucaq altında zərbəsi qapıdan azca yan keçir 28. Rodenin uzaqdan zərbəsi qapıdan aralı keçir 31. R.Sadıqovun cərimə zərbəsi hədəfdən yan keçir 37. V.Nadirovun uzaqdan məsafəsini Trapp çətinliklə qaytardı. Gelaşvili qayıdan topu təkrar zərbəylə tora qovuşdurmağa yaxın olsa da, müdafiəçi buna mane olur 41. R.Almeydanın zərbəsi effektli alınmır və Trapp asanlıqla topu tutur Birinci hissə başa çatdı İkinci hissə başladı 50. Almanlar fasilədən sonra da oyuna nəzarəti əldə saxlamağa çalışırlar 51. "Eintracht" ikinci qolu vurmağa yaxın olsa da, Varvodiç əla reaksiya nümayiş etdirir 52. Meydan sahiblərinin korner vuruşu bizim üçün yaxşı alınır 54. Varvodiç komandamızı daha bir real qoldan xilas edir 56. Komandamız korner qazanır: amma uğursuz yerinə yetiririk 57. V.Nadirovu Reynaldo əvəzləyir 58. QOOOOOOOOOOOOOOOL! Reynaldo oyuna daxil olan kimi əla keçidlə iki müdafiəçidən sıyrılıb möhtəşəm qola imza atır - 1:1 59. Çumbinyonun zərbəsi qapıdan aralı keçir 60. Komandamız rəqibin daha bir korner vuruşunu zərərsizləşdirə bilir 62. Oyunda ilk sarı vərəqəni M.Medvedev qazanır 63. "Eintracht" birdən-birə iki əvəzləməyə əl atır: P.Şveqleri müdafiəçi M.Russ əvəzləyir. Rodenin əvəzində isə meydana Rosental çıxır 66. N.Yusifov ciddi zədə aldığı üçün oyunu davam etdirə bilmir 67. N.Yusifovu Q.Qarayev əvəzləyir 70. Meyer oyunu tərk edir və onu Xoselu əvəzləyir 71. L.Corcun cərimə zərbəsi çox pis alınır 72. R.Almeyda sarı vərəqə alır 74. Reynaldo çox möhtəşəm hərəkətlərlə yüz faizli qol epizodu yaratsa da, onu boşa verir 75. Vurmayana vurarlar: Rozentalın ötürməsindən sonra İnui komandamızı cəzalandırır - 2:1 79. Gelaşvilinin zərbəsi qapıdan yan keçir 82. Gelaşvilinin əvəzində meydana Kapolonqo çıxır 83. Çumbinyonun da cərimə zərbəsi çox bərbad alınır 86. Reynaldo daha bir yüz faizli qol şansını boşa verdi 86. Korner vuruşumuz da uğursuz alınır. Futbolçularımız bu epizodda penalti gözləsələr də, hakim fərqli qərar verir 90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur 90+1. Reynaldonun cərimə zərbəsini qapıçı tutur Matç başa çatdı QARABAĞ : 89. Miro Varvodiç, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 16. Leroy Corc, 20. Riçard Almeyda, 70. Çumbinyo, 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov. Ehtiyat oyunçular : 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 88. Ulrix Kapolonqo. EİNTRACHT : 1. Kevin Trapp, 5. Karlos Zambrano, 6. Bastian Oçzipka, 22. Stefano Kelotsi, 23. Anderson Bamba, 8. Takaşi İnui, 14. Aleksander Meyer, 16. Stefan Ayqner, 18. Yohannes Flum, 20. Sebastiyn Rode, 27. Pirmin Şveqler (k). Ehtiyat oyunçular : 30. Feliks Vidvald, 4. Marko Russ, 15. Konstant Dyakpa, 7. Yan Rozental, 13. Martin Laniq, 17. Stefan Şrök, 9. Xoselu.
Posted on: Thu, 29 Aug 2013 20:44:08 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015