Bu gün bir daha şahidi oldum ki, Avropanın bəzi ölkələri - TopicsExpress



          

Bu gün bir daha şahidi oldum ki, Avropanın bəzi ölkələri Türkiyənin güclənməməsi üçün var gücləri ilə bundan sonra da çalışacaqlar. Bəzi siyasətçilər hələ də Osmanlı dövründən çıxa bilməyiblər. Bu gün bir Avropalı siyasətçi həmkarımız Türkiyə ilə bağlı söhbəti aparıb düz Osmanlıya çıxardı. Osmanlının güclü dövrlərində Avropaya edilən səfərləri xatırladı və onların nə işi vardı bizim torpaqlarımızda deyə soruşdu. Deyəsən məndən uzun uzadı bir cavab verəcəyimizi gözləyirdi. Amma həmin dəqiqə adını xatırlaya bilməsəm də bir Türkiyə siyasətçisinə Fransada verilən "Osmanlıların Vyanada nə işi vardı?" sualına verdiyi cavabı xatırladım. O, həmin suala sadəcə bir cümlə ilə "Sadəcə qayıdış ziyarəti əfəndim", - deyə cavab vermiş, "Xaç yürüşlərinin qayıdış ziyarəti..." Elə onun həmin cavabı "Sadəcə qayıdış ziyarəti...Xaç yürüşlərinin qayıdış ziyarəti..." dedim. Təccüblə üzümə baxdı. İstəyirsən bu mövzuda fasilədə daha geniş müzakirə edə bilərik dedim... Qalsın sonraya dedi... Yüzillər keçir amma adamların hələ də əsas dərdlərindən biri Türk millətinin güclənməməsidir. Bizim gənclərin bir hissəsi çox təssüf ki yaxşı bilməsə də onlar Türk millətinin dünyanı idarə edən imperatorluqlarını hələ də unutmayıblar...
Posted on: Thu, 27 Jun 2013 19:27:01 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015