Bu gün mənim Mingəçevirdən olan sevimli mənəvi qızım - TopicsExpress



          

Bu gün mənim Mingəçevirdən olan sevimli mənəvi qızım Zeynəbimin El TV də proqramı yayımlandı. Zeynəbin aparıcılıq və müəlliflik etdiyi 2 saatlıq proqram artıq gələn dəfədən canlı yayımlanacaq. Zeynəbi təbrik edirəm! O hər kəsə sübut etdi ki, insanın gözlərinin görməməsi arzularını reallaşdırmaq üçün ciddi əngəl deyil və ola da bilməz! Ona mən sənə inanıram demişdim və inanıram ki, o gözəl proqramların müəllifi olacaq. Zeynəb həm də yüzlərlə görmə qabiliyyətindən məhrum olan insanlara, gənclərə böyük bir stimul oldu və inşallah bundan sonra da olacaq. Bir az əvvəl danışdım. Sevincinin həddi-hüdudu yoxdu. Onu qədər mən də özümü xoşbəxt hiss etdim və ona bu istiqamətdə ona dəstək göstərmək üçün məni vəsilə seçən Rəbbimə şükrlər etdim. EL TV-nin rəhbərliyinə xahişimizi nəzərə aldığına, Zeynəbin gerçəkdən də çox başarılı olacağı barədə fikirlərimizə inandığına, ən əsası Zeynəbə inandıqlarına, ona belə bir şans və dəstək verdikləri üçün bir daha təşəkkür edirəm. Zeynəb artıq ilk proqramdan ona olan inamı doğrultmağa başladı və onu daha böyük uğurlar gözləyir! Sən Rəbbimin sevimlisisən mənim dəyərli mənəvi qızım və Allah inşallah bundan sonra da hər zaman sənə kömək olacaq. Çünk sən hər zaman ona şükr edir və səmimi sevirsən! Allah hər zaman yolunu açıq etsin! Görmə qabiliyyətini itirmiş gənclərimiz və cocuqlarımız isə Zeynəbə baxsınlar və həyata daha da sarılsınlar. Ruhdan düşməsinlər. Onlar istəsələr çox əngəlləri aşa bilərlər, bunu unutmasınlar...
Posted on: Sun, 06 Oct 2013 15:11:44 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015