Bu gün nə gün oldu belə, lap boğuldum... MIRZƏ - TopicsExpress



          

Bu gün nə gün oldu belə, lap boğuldum... MIRZƏ SAKIT ÖLMƏK ISTƏYIRƏM ... Elə qaynaram ki, yanmaqım gəlir Isti bir söz lazım məni yandıra Boğulub qalmışam tüstüm yuksəlir, Bir kibrit atın ki, alovlandıra.... Dəfn edin yeddi qat, onsuz da ölməm, Qorxmayın, qayıdıb bir daha gəlməm Qandıra bilmədi qanmazı kəlməm, Bəlkə yanıb gedəm, külüm qandıra Tamahım qalıbdı əcəl köçündə, Bezdim yaşamaqdan tonqal içində Diriykən kəfəni kəsin, biçin də, Deyim mubarəkdir, qalsın andıra Mən dovşan deyiləm salmısız tora, Elə tor qarışıq quylayın gora Varisim də yoxdur, öləndən sora, Salıb buzxanada məni dondura Tələsin, cismimi tez yandirmağa, Mirzə Sakit uçun otaq qurmağa Gəlsələr şerimi utandirmağa, Qorxuram özlərin şer utandıra...
Posted on: Sat, 13 Jul 2013 20:35:09 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015