Bu gün ölkəmizdə 2.9 milyon gənc var. Bu isə umumi əhalinin - TopicsExpress



          

Bu gün ölkəmizdə 2.9 milyon gənc var. Bu isə umumi əhalinin təxminən 31 faizini əhatə edir. Nəinki ölkəmizdə hətta digər ölkələrdə də gənclər böyük bir kütləni əhatə edir. Məhz bu səbəbdən hər ölkənin demək olar ki, gənclərlə bağlı planları, qanunları və qəbul olunmuş dövlət praqramları mövcuddur. Çünki, dövlətin gəncləri dövlətin və millətin gələcəyidir və hər bir dövlət bu gələcəyin inkişafını təmin etməlidir. Ən azından dövlətlərin bu sahədə gördükləri işlərə nəzər saldıqda bunun şahidi oluruq. Həmçinin gənclərin çoxluq təşkil etdiyi ölkələrdə gənc ailələrində çox olması müşahidə edilir. Deməli hər bir dövlət gənclərlə yanaşı gənc ailələrin nifahının yaxşılaşması üçündə işlər görməlidir və görür. Çox ölkələrdən maraqlı faktlar, qanunlar, gənclər və gənclər siyasəti ilə bağlı praqramlar gətirmək olar. Amma zənnimcə hər birimiz üçün ən maraqlısı məhz öz ölkəmiz olar. Son zamanlar ötən illərlə müqayisədə gənclərlə bağlı görülən işlərin artması, onların ictimai fəallıqlarının artırılması, müxtəlif istiqamətlərdə olan ideyaların dəstəklənməsi üçün müəyyən qurumların yaradılması, onların maliyyələşdirilməsi, gənclərin bu dövlət və millətin gələcəyi olduğunu bilmələri və buna mühüm əhəmiyyət vermələrinin göstəricisidir. Gənclərlə bağlı bir sıra praqramlar qəbul edilmişdir ki, bunlardan ikisini – dövlət praqramlarını misal göstərmək olar, 2005-2009 və 2011-2015. Bu praqramlarda bir sıra mövcud problemlərə toxunulmuş və onların həlli istiqamətində həyata keçirilməsi planlaşdırılan və atılması mümkün olan addımlar göstərilimişdir. Və danılmaz faktdır ki, hər dəfəsində müəyyən irəliləyişlər qeydə alınmışdır. 2007-ci il gənlər ili elan edilmiş, daha sonra hər il bir şəhər gənclər paytaxtı seçilib, orda gənclər üçün lazım olan şəraitin yaradılması istiqamətində işlər görülür. Hər ilin fevral ayının 2si gənclər günü kimi qeyd olunması isə gənclərə əlavə stimul verir. Digər tərəfdən QHT-lərin, İctimai Birliklərin, Gənclər Təşkilatlarının sayının və gördükləri işlərinin artması bu sahədə rəqabətin artmasına şərait yaradır. Və hər birimiz çox yaxşı bilirik ki, sağlam rəqabət inkişafa aparan əsas yollardan biri, hətta ən mühümüdür. Gənclər böyük bir çoxluq təşkil edir bunu qeyd etdik. Hec birimiz üçün sirrdə deyil ki, bu gənclərin əksər hissəsini müxtəlif Təhsil müəsisələrində təhsil alan gənclər təşkil edir. Deməli, təhsil müəssələrində fəaliyyət göstərən təşkilatların işi daha çətin və çətin olduğu qədər də şərəfli və məsuliyyətlidir. Çünki onlar böyük bir kütlə ilə işləyirlər və deməli böyük bir kütlənin sağlam düşüncədə yetişməsi üçün əlindən gələni əsirgəməməlidirlər və necə ki, əksər təşkilatlar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəlir.Hər bir gəncin aldığı təhsillə yanaşı ictimai fəallığının olması həm onun, həmdə onun cəmiyyətinin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, hər il gənclərə qayğının artması təqdirə layiqdir və bu qayğı hər il daha artırılmalıdır… Sonda isə bir dahi, mütəfəkkir şəxsin sözlərini demək istəyirəm ‘… xəstələnməmiş sağlığınızın , qocalmamış cavanlığın qədrini bilin…’ Gəlin bizdə gəncliyimizin qədrini bilək və cəmiyyətimiz üçün gərəkli işlər görək…
Posted on: Sun, 06 Oct 2013 07:58:29 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015