Bu gün üçün. Qoç - gərgin gündür. Hadisələr - TopicsExpress



          

Bu gün üçün. Qoç - gərgin gündür. Hadisələr gözlənilməz məcrada inkişaf edə bilər. Uzun müddətdən saxladığınız hadisələr sürətlə cərəyan edir. Daxili müdafiə sistemləri kəskin ehtiyac yaranan anda işləməyəcək. Sinirli olmayın, emosional addımlar atmayın. Çətin olsa da, soyuqqanlı davranın. Kiçik problemə ciddi reaksiya göstərməyin. Günün ikinci yarısında sakit və aramla çalışın. Enerjinizi yenilənməyə zərurətin yarandığı sahəyə yönəldin. Şəxsi münasibətlərdə səbrli və dözümlü olun, güzəştli davranmağa can atın. Təxribatlara uymayın. Unutmayın ki, indi ən cüzi səbəbdən münaqişə yarana bilər. Buğa - mühüm situasiyalardan birinin böhran mərhələsinə çatması və yenidən daxili dəyərləndirmə istisna deyil. Ətrafınızda dəyişən hadisələrə, mövqelərə və fikirlərə diqqətlə yanaşın. Alınan məlumatları təhlil edin. Sinirləriniz tarıma çəkilsə belə, reaksiyada tələsməyin. Hadisələrin axını ilə hərəkət edin. Valideynlərə daha çox diqqət yetirin. Mütləq şəkildə görüşməyiniz gərəkən insanla əlaqə saxlayın. Şəxsi münasibətlərdə tərəfdaşın təşəbbüslərinə və şərtlərin məcrasına kəskin müdaxilə etməyin. Axşam saatlarında gəzintiyə çıxın. Əkizlər - bu gün çoxlu planlarınız var və onlar maliyyə vəsaiti tələb edir. Gəlir mənbələrini artırmağın yollarını düşünün. İşinizi daha effektiv edin, proseslərə nisbətən az vaxt sərf edin Maraq dairəniz genişlənəcək. Stresslər isə mənfi və müsbət yönlü olacaq. Qüvvə və resurslarını bərpa etmək üçün bir qədər istirahət edin. Daxili müvazinəti qoruyun. Ev işləri ilə məşğul olun. İş yerində qayda yaradın. Romantik maraqlar bu gün arxa planda olmalıdır. Sizə ehtiyacı olan insanlara vaxt ayırın, mühüm işlərlə məşğul olun. Xərçəng - işgüzar və şəxsi məsələləri diqqət mərkəzində saxlayın. Gözlənilməz çətinliklər əlaqələrin yeni sxeminin axtarışlarını sürətləndirəcək. Amma indi ən mühüm məsələ təhlükəsizliyin əsasını təşkil edən dəyərləri qorumaqdır. Tərəfdaşınız müstəqil davranmaq istəyəndə bu məram sizdə güclü emosional reaksiyaya səbəb ola bilər. Təmkinli və soyuqqanlı olun. Şəxsi münasibətlərdə sizi narahat edən məsələni araşdırıb yaşananların səbəbini tapa bilərsiniz. Axşam saatlarını ev işlərinə həsr edin, faydalı təşəbbüs göstərin. Şir - planlar, fəaliyyət və emosiyalar baxımından zəngin gündür. Nevroz və iddialı olmayın, eqosentrit davranmayın. Hansısa mövzunu inkişaf etdirməyə başlasanız, dayanmayın. Məqsəd və hədəfləri dəqiqləşdirin. Situasiya üzərində nəzarəti itirməyin. Günün ikinci yarısında yorğunluq hiss edə bilərsiniz. Münaqişələr, emosional mübahisələr istisna deyil. Pozitiv təmayüllər də var. Ümumi məqsədlər və layihələr olacaq. İrad eşidəcəksiniz. Ümumi maraqlarınız olan insanla vaxt keçirə bilərsiniz. Müəyyən mövzuya münasibətinizi və ya yanaşma tərzinizi dəyişə biləcək önəmli söhbət ola bilər. Axşam saatlarında səhhətiniz üçün xeyirli iş görün. Qız - işləriniz qaydasındadır. Kənar təzyiqlərə və təsirlərə əl atmayın, xərcləri artırmayın. Xəyallara qapılmayın, illüziyalar aləmində olmayın. Aktiv olun, qətiyyətlə çalışın. Maraqlarınızın təminatı üçün yaranmış şəraitdən yararlanın. İllüziyaların indi xoşagəlməz perspektivləri var. Xərcləri artırmayın. Müstəqil qəbul edilən qərarlar dürüst olacaq. Yaradıcı yanaşma, baxışların genişliyi və cəsarət təqdirəlayiqdir. Ətrafınızdakı insanlarla münasibətlərdə birmənalı olmayan motivlər və seçim situasiyaları yarana bilər. İnsanlar həmin insanlardır, amma əhvalınız və mövqeyiniz dəyişir. Bəzi münasibətlərdə durğunluq hiss edirsinizsə, ünsiyyət stilini dəyişin. Tərəzi - mürəkkəb gündür və xəbərlər çoxdur. Cavab reaksiyası tələb olunur. Fors-major vəziyyət qüvvələrinizi və resurslarınızı zəiflədə bilər. Təcili iştirakınızı tələb edjən işlərlə məşğul olun. Ağır işi isə bir müddətə təxirə salın. İfrat yorğunluğa imkan verməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslar gərgin və emosional olmamalıdır. Əks tərəfin mövqeyi sizi təmin etməzsə, qarşılıqlı anlaşma və kompromisə can atın. Problemlər yaranarsa, ünsiyyəti bir qədər məhdudlaşdırın. Vaxt, zəhmət və səy tələb edən işlərlə məşğul olun. Şəxsi perspektivlərinizi düşünün. Əqrəb - daha aktiv olun, hisslərinizin əsirinə çevrilməyin. İndiyədək anlaşılmaz saydığınız məqamlar aydınlaşır. Etiraf etmək istəmədiyiniz həqiqətlə barışın. Yeni tərcübəyə ehtiyacnız var. Əlaqələrin köhnə formalarından imtina edərək yeni, daha faydalı təmaslar qurun. Münasibətlərin pozulması mümkündür, amma vacib deyil. Nə isə dəyişməlidir. Sizə nəyin gərək olduğunu düşünün. Söhbətdə qarşı tərəf dialoqa, fikir mübadiləsinə, konstruktiv mübahisəyə hazırdır. Bununla yanaşı, səhv riski mövcuddur. Hesablarda yanlışlıq, düşünülməmiş qərarlar və təşəxxüs işlərə zərbə vura bilər. Axşam saatlarında aktiv istirahət, fiziki iş, gəzintidə xeyir var. Oxatan - qarışıq, riskli gündür. Hərəkət aktivliyinizə nəzarət edin. Ətrafdakı insanlarla münasibətlərdə gərginlik hiss oluna bilər. Karmik düyünlər təzahür edir, hadisələr sürətlənir, sizin üçün önəmli əlaqələrin yeni məqamları görünür. Qərar qəbul edəcək insanı müəyyənləşdirin. Yanınızdakı şəxslərin sizinlə bağlı gözləntiləri böyükdür. Sözləriniz və hərəkətlərinizə tərəfdaşın reaksiyasına fikir verin. Ruhdan düşməyin, impulsiv addımlar atmayın. Yeni mövzu yaranır, fərqli tədqiqatlara maraq oyanır. İşgüzar, aktiv olun. Oğlaq - yaxın vaxtlarla bağlı yeni mövzu formalaşır. Gücünüzü toplayın, planlar qurun, məqsədi müəyyənləşdirin. Yeni mərhələnin əvvəlidir və ətalətlə tərpənərək asta hərəkət etməyin. Məqsədə doğru ən qısa yolla irəliləyin. Baş verənləri müşahidə edin. Fiziki zəiflik, əhvalın pisləşməsi istisna deyil. Planlarınızın tərəfdaş və ya iş yoldaşınızın niyyəti ilə üst-üstə düşməməsi müəyyən çətinliklər yarada bilər. Narahat olmayın: bir sahədə geriləsəniz də, başqa istiqamətdə irəliləyəcəksiniz. Buna görə də əldən çıxan imkanlara təəssüflənməyin. Yeni faydalı əlaqələr qurun, maraqlı və gərəkli insanlarla tanış olun. Ehtiyac yaranarsa, danışıqlara başlayın. Təzyiq göstərməyin. Ətrafdakıların səmimiyyətindən və hadisələrin məcrasından istifadə edin. Dolça - evlə bağlı qayğılar və peşəkar fəaliyyətinizdə yaranmış problem gərgin çalışmağınızı tələb edir. Ailənin maraqları konkret müdaxilə gözləyir. Cari işlərdə qayda yaratmasanız, problemlər burulğanından çıxa bilməyəcəksiniz. Yaşananları ifrat dərəcədə dramatikləşdirməyin. Yaşam və fəaliyyət ritmini dəyişmək imkanını əldən verməyin. Reallaşması çətin, mənasız planları unudun. Uğur qazana biləcəyiniz sahədə işləməyə başlayın. Axşam saatlarında avantüraya dalmayın, macəra və ya sərgüzəşt aramayın. Balıqlar - bü gün qeyri-standart qərar qəbul etməli, təxribata reaksiya verməli və ya münaqişəni kökündə boğmalısınız. Hadisələrin axarındakı qəfil olay bundan sonrakı proseslərə müsbət təsir edə bilər. Fəqət, fiziki və emosional baxımdan tükənməyin. İstirahət üçün vaxt tapa bilməyəcəksiniz. Hər halda əlavə iş aramayın. Romantik təmaslarda sizi xoş anlar gözləyir. Sevdiyiniz insana, yaxınlarınıza hədiyyə verin, diqqət və qayğı göstərin. Bu gün sizdən yardım gözləyirlər. Hüseyn Mustafa
Posted on: Tue, 03 Sep 2013 06:57:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015