Bu günlərdə Avstriyanın paytaxtı Vyana şəhərində qlobal - TopicsExpress



          

Bu günlərdə Avstriyanın paytaxtı Vyana şəhərində qlobal media şəbəkəsi olan Beynəlxlaq Mətbuat İnistitutunun İdarə Heyətinin iclası keçirilib. Sözügedən tədbirə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin üzvü və Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu da qatılıb. BMİ-nin İdarə Heyətinin bu ilki iclası gərgin və səmərəli əməkdaşlıq çərçivəsində keçib. İdarə Heyətinin toplantısı zamanı, mətbuat azadlığı istiqamətində 2013-cü ildə əldə olunmuş nailiyyətlər, BMİ-yə üzvlüklə bağlı strateji sənəd, BMİ-nin 2014-cü il üçün media azadlığı strategiyası və prioritetləri, BMİ-nin 2014-cü il dünya konqresi, innovativ xəbər platforması və digər məsələlər müzakirə mövzusu olub. Mətbuatının vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı Azərbaycan Milli Komitəsinin fəaliyyəti xüsusi qeyd edilib. Xüsusən postsovet məkanında azad söz və fikrin təşviq edilməsi üçün media qurumlarının və təşkilatlarının Beynəlxalq Mətbuat İnstitutunun işinə cəlb edilməsi təqdir edilib. BMİ-nin milli komitələrinin təşəbbüsü ilə əsası qoyulan Bakı Regional Mərkəzinin səyləri nəticəsində Gürcüstan, Qazaxıstan, Qırğızıstanda yaradılan milli komitələrin mətbuat azadlığının qorunması, jurnalist təşəbbüslərinin dəstəklənməsi, təcrübə imkanlarının genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub. Bununla yanaşı Azərbaycanda diffamasiya haqqında qanunun qəbul edilməsinin ildən ilə ləngiməsindən narahatlıq ifadə edilib. Qanunun qəbulu istiqamətində təşəbbüslərin və fəaliyyətin gücləndirilməsi, konkret addımların atılması məqsədi ilə Azərbaycanda diffamasiya haqda qanunun qəbulu məsələsi BMİ-nin 2014-cü il iş planına daxil edilib. Tədbir zamanı Azərbaycanda medianın vəziyyəti ilə bağlı BMİ-nin Norveç Milli Komitəsinin BMİ İdarə Heyətinə ünvanladığı, Azərbaycanda azad medianın təzyiq altında olması vurğulanıb. Toplantının təsuratları və əhəmiyyəti ilə bağlı “Şərq”-ə müsahibə verən U.Rəhimoğlu görüşdə medianın qlobal problemləri ilə bağlı çox ciddi fikir mübadiləsinin aparıldığını qeyd edib: “Bu yığıncaq BMİ-nin İdarə heyyətinin iclası idi. BMİ böyük bir inistitudur. BMİ-nin idarə heyyəti ali orqandır. İdarə heyyəti 28 nəfərdən ibarət idi. Tədbirdə dünya ölkələri mətbuatının üzləşdiyi çətinliklər müzakirə predimetinə çevrildi. Ölkə mətbuatında belə bir informasiyalar gündəmə gəlmişdi ki, toplantıda yalnız Azərbaycan mətbuatının problemləri müzakirə olunacaq... Bunlar yanlış məlumatlardır. Çünki, iclasda ancaq Azərbvaycan mətbuatının deyil, bütün dünya ölkələrinin mətbuatındakı mövcud problemlərlə bağlı mülahizələr yürüdüldü. Bu bir müzakirə forumudur. Bu beynəlxalq qurumun idarə heyyəti demək olar ki, müntəzəm olaraq bir araya gəlir. Qlobal medianın problemnləri və inkişafı ilə bağlı müzakirələr açılır. Toplantılar daha çox Vyanada təşəkkül tapır. Qrumun baş assambleyası bəzən də müxtəlif ölkələrdə həyata keçirilir. Assambleyadan öncə idarə heyyəti toplanır. Dünyada baş verən yeniliklər, fəsadlar, informasiya təhlükəsizliyi, yeni və ənənəvi medianın problem və uğurları müzakirə olunur. Qurum bu səpkili görüşləri davam etdirəcəkmi? Növbəti toplantı nə vaxt baş tutacaq? Növbəti dəfə may ayında keçiriləcək. Toplantının Osloda keçirilməsi nəzərdə tutulur. Bundan sonra BMİ Baş assambleyası reallaşacaq. Assambleyada proseslərin müzakirəsi davam etdiriləcək. Müzakirələr zamanı Azərbaycan mətbuatının da hazırkı durumu ilə bağlı hansı mülahizələr və fikirlər səsləndirilib? Bu gün( dünən) Azərbaycan Mətbuat Şurasının beynəlxalq media ilə bağlı komisssiyasının toplantısı keçirildi. Tədbirdə Azərbaycan mətbuatının beynəlxalq auditoriyada təmsil olunması və beynəlxalq mətbu orqanlara çıxışımızla əlaqədar son dərəcə maraqlı debatlar aparıldı. Fikirlər irəli sürdüm ki, beynəlxalq medianın səhifələrində Azərbaycanla bağlı yalnız neqativ informasiyalar yer almaqdadır. Ona görə də Azərbaycan jurnalistləri və ya Azərbaycan mətbuatının təmsilçiləri çalışıb bu istiqamətdə aktivlik nümayiş etdirməlidirlər. Beynəlxalq qurumlarla əməkdaşlığımızı möhkəmləndirməliyik. Azərbaycan jurnalistlərinin peşəkarlıq səviyyəsinin qalxmasına çalışmalıyıq. Dil problemləri aradan qaldırılmalıdır. Ölkəmizdə baş verən yeniliklər, işğal olunmuş torpaqlar, qaçıqınlar və Azərbaycan həqiqətlərinin xarici ölkə mətbuatlarında işıqlandırılması üçün beynəlxalq inistutların imkanlarından səmərəli şəkildə faydalanmalıyıq. Bunlar hamısı beynəlxalq tribunalardır. Həmin tribunlar vasitəsilə öz həqiqət səsimizi dünyaya çatdırmalıyıq. Beynəlxalq İnistitutlara nə qədər çox inteqrasiya olunarıqsa, bir o qədər də Azərbaycan reallıqlarının həmin inistitutların tribunasından səsləndirilməsinə nail ola bilərik. Indiki idarə heyyətində Azərbaycan mediasının hazırkı durumu və diffamasiya haqqında qanun qəbulu müzakirə mövzusu oldu. Müəyyən narahatlıqlar ifadə olundu. Bu məsələlərlə bağlı səslənən fikrilərə adekvat münasibət bildirdinizmi? Əlbəttə. Söylədim ki, Azərbaycan birmənalı şəkildə diffamasiya haqqında qanunun qəbul olunması xəttini tutub. Bu istiqamətdə ötən il bir çox müzakirələr aparılıb. Hətta, müəyyən instansiyalarda layihə öz müsbət dəstəyini qazavıb. İnanırıq ki, üzümüzə gələn ildə adıçəkilən qanun layihəsi qəbul olunacaq. Bu cavabdan sonra əcnəbi təmsilçilərin narahatlıqları aradan qalxdı. İstər Azərbaycan, istərsə də dünya ölkələri mediasındakı yeniliklər və problemlər haqda təşəbbüsünüz oldumu? Nələri ortaya qoydunuz? Tədbirdə bir neçə çıxışlar oldu. Qeyd olundu ki, bütün dünya mediası oxşar durumdadır. Avropa mediası, Avropa beynəlxalq qurumları və dünyanın əksər qlobal media strukrurları iqtisadi problemlər yaşayırlar. Müəyyən çətinliklər mövcuddur. Digər tərəfdən yeni informasiya texnologiyaları yaranmaqdadır. İntenet meydana gəldikdən sonra yeni informasiya texnologiyalarından sürətli istifadə halları baş verir. Adi bir sivil vətəndaş da texniki vasitələrlə informasiyanı alıb paylaşa bilir. Belə bir zaman və dönəmdə media qurumlarının özlərinəməxsus problemləri də mövcudddur. Bu çətinliklər həmin ölkələrin iqtisadi durumuna, spesifik qanunlarına uyğun olaraq yaşananır. Bununla bağlı müzakirələr oldu. Ölkəmizin mətbuatı ilə əlaqədar son illərdə baş verən problemlərdən danışdım. Mövcud çətinliklərin həlli istiqamətləri ilə ilgili aparılan tədbirlədən söz açdım. Çalışdımki, Azərbaycan mətbuatının ümuumi mənzərəsini formalaşdıra biləm. Vətəndaş Cəmiyyəti Təmsilçisiyəm. Uzun müddətdir ki, Qeyri-Hökumət Təşkilatı rəhbəriyəm. Bu sahədə kifayət qədər təcrübəm var. BMİ-nın iki kommisiyasında mənim təmsilçşiliyim təşkif olundu. Əcnəbi təmsilçilər Azərbaycan mətbuatının təzyiq altında olduğu qeyd ediblər.... Həmin şəxsin suallarına layiqli cavab verdim. Biz demirik ki, Azərbaycan mətbuatının problemləri yoxdur. Mətbuatımızın kifayət qədər çətinlikləri və fəsadları var. Hesab edirəm ki, problemlər kiafyətqədərdir. Amma, bunların obyektiv və subyektiv təərfləri ortadadı. Problemlər daha çox redaksiyaların maddi durumu, ölkə jurnalistlərinin qeyri- peşəkarlığı və hazırkı reallıqlarla bağlıdır.Yəni yaranan hər hansı bir mətbu qurum həm də bir özəl kommersiya sturkturudu. Azərbaycan mediasının problemləri daha çox siyasi qurumlarla əlaqəlidir. İqtidara bağlı qurumlarımız var. Müxalifətyönümlü media təşkilatları mövcuddur. Bütün bunların hamısı Azərbaycan mətbuatının problemləridir. Bu kimi problemləri sadaladım. Bildirdim ki, həmin çətinliklərin aradan qaldırılması istiqamətində çox ciddi ölçülər götürülür. Onların qeyd etdikləri məsələyə aydınlıq gətirdim, Onlar da cavabımdan çox məmnun qaldılar. Ötən il Azərbaycanda BMİ ilə birlikdə “media və qaz” konfransı keçirilmişdi. Həmin toplantıda Azərbaycana dəvət olunan xarici jurnalist və ekspertlərin böyük əksəriyyəti ölkəmizə münasibətdə əks mövqedə idilər. Buna səbəb nə idi? Düzdür, onlar əvvəllər tamam fərqli mövqedə idilər. Amma, Azərbaycan haqqında çox böyük bir təsüratla qayıtdılar. Çünki, “neft- qaz” konfransı kifayət qədər açıq və şəffaf şəkildə keçirildi. Istədikləri tənqidi fikirləri səsləndirdilər. Azərbaycan tərəfi isə öz demokratikliyini ortaya qoyaraq buna dözümlülük nümayiş etdirdi. Yığıncaqda dövlət nümayəndələri iştirak etdilər. Tədbirə müxtəlif qurum təmsilçiləri qatıldı. Sonda isə xarici qonaqlar Azərbaycandan çox gözəl fikirlərlə ayrıldılar. Özləri də etiraf edirdilər ki, onlara ölkəmizlə bağlı bəzi qüvvələr tərəfindən qərəzli məlumatlar verilib. Sonar baxdılar ki, Azərbaycan demokratik təsisatların işlədiyi bir ölkədir. Azərbaycan gündən günə inkişaf edir. Mövcud problemlərin həlli istiqamətində ciddi addımlar atılır. Çətinliklərin aradan qaldırılmasına səy göstərilir. Bir sözlə məmnunluq ifadə etdilər. (Davamı növbəti sayımızda) Ayyət Əhməd
Posted on: Fri, 01 Nov 2013 15:26:46 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015