Bu günün tarixi (10.11.2013) 1) 1920 — Stalin Bakıdan - TopicsExpress



          

Bu günün tarixi (10.11.2013) 1) 1920 — Stalin Bakıdan Moskvaya qayıdarkən Məmməd Əmin Rəsulzadəni də özü ilə eyni qatarda aparmışdır. 2) 1444 — Varna yaxınlığındakı döyüşə səlibçilər türk qoşunlarına məğlub olmuşlar. 3) 1483 — Almaniyalı islahatçı, Protestant kilsəsinin banisi Martin Lüter anadan olub. 4) 1938 — Türkiyə Respublikası qurucusu və ilk prezidenti Mustafa Kamal Atatürk vəfat edib. 5) 1951 — Fransa, Böyük Britaniya, ABŞ və Türkiyə “Yaxın Şərqdə təhlükəsizlik Proqramı”nı qəbul edib. 6) 1970 — SSRİ-nin “Lunoxod 1” kosmik gəmisi Aya göndərilmişdir. 7) 1975 — Anqola müstəqilliyini elan edib. 8) 1982 — Sovet lideri Leonid Brejnev vəfat edib. 9) 1983 — Microsoft şirkəti “Windows 1.0” əməliyyat sistemini təqdim edib. 10) 1994 — Avropa Şurası Parlament Assambleyası Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluğunu bildirən 1047 saylı qətnaməni qəbul edib. 11) 1995 — Azərbaycan Respublikası Niger ilə diplomatik əlaqələr qurmuşdur. 12) 1995 — Azərbaycan Dövlət Neft Şirkəti Lukoil (Rusiya), Penzoil (ABŞ) və Agip (İtaliya) birgə müəssisə – Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti təsis etmişdir. 13) 2001 — Bakıda Dünya azərbaycanlılarının I qurultayı başa çatmışdır. 14) 2005 — Boeing - 777 təyyarəsi ilə dünyada ən uzun kommersiya uçuşu həyata keçirilib. London – Honq Konq marşrutu ilə (21596 km) ilə uçuş 22 saat 45 dəqiqə çəkib.
Posted on: Sun, 10 Nov 2013 07:32:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015