Bu günün tarixi (28.10.2013) Xalq yazıçısı, akademik, - TopicsExpress



          

Bu günün tarixi (28.10.2013) Xalq yazıçısı, akademik, dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mirzə İbrahimovun anadan olmasından 112 il ötür Mədəniyyət Miladi: 28 oktyabr 2013 Hicri: 22 Zülhəccə 1434 İlin 301-ci günü İlin sonuna 64 gün qalır Bu günün namaz vaxtları Fəcr - 05.54 Günəş - 07.04 Zöhr - 12.24 Əsr - 15.45 Məğrib – 17.59 İşa – 19.16 1492 - Xristofor Kolumb - Kubanı kəşf etdi. 1516 - Qəzza yaxınlığında Sinan Paşanın komandanlığı altında Osmanlı ordusu məmlükləri məğlub etdi. 1704 - ingilis pedaqoq və filosof Con Lokk vəfat edib. 1886 - Nyu-York arxipelaqının Liberti adasında Azadlıq heykəlinin rəsmi açılış mərasimi keçirildi. 1914 - Kodak şirkəti rəngli fotoqrafiya üzərində işə başladı. 1911 - Xalq yazıçısı, akademik, dövlət mükafatları və Beynəlxalq Nehru mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mirzə İbrahimov anadan olub. 1918 - Çexoslovakiya Avstriya-Macarıstan İmperiyasından ayrılıb müstəqil oldu. 1940 - Yunanıstanda Oxi günü, Yunanıstanın II Dünya Müharibəsinə daxil olması. 1941 - Litvada faşist Almaniyasının SS qüvvələri 9000-dən yuxarı yəhudini güllələdi. 1946 - Kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov anadan olub. 1948 - İsveçrəli kimyaçı Paul Hermann Müller Nobel Kimya Mükafatına layiq görüldü. 1955 - Finlandiya Şimal İttifaqına daxil oldu. 1955 - Microsoft şirkətinin təsisçisi Bil Qeyts anadan olub. 1956 - İran Prezidenti Mahmud Əhmədinecad anadan olub. 1958 – Türkiyənin kürd əslli müğənnisi Ahmet Kaya anadan olub. 1962 - Karib böhranı: Nikita Xruşşov SSRİ raketlərinin Kubada sökülməsini, demontajını elan etdi. 1967 - Amerikalı kinoaktrisa Culiya Roberts anadan olub. 1984 - Çin Kommunist Partiyası ölkədəki iqtisadi vəziyyəti düzəltmək məqsədi ilə açıq rəqabətə şərait yaradılacağını bəyan etdi. 1987 - Rəssam, miniaturist Səkinə Zeynalova anadan olub. 1995 - Bakı metrosunda qəza. “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza Ginnesin Rekordlar Kitabına ən dəhşətli metro qəzası kimi düşüb. Ölkədə 3 gün matəm elan edilib 1998 - İkinci müddətə Azərbaycan prezidenti seçilən Heydər Əliyevin andiçmə mərasimi keçirilmişdir. 2008 - Moskvada Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmən axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilmişdir.
Posted on: Mon, 28 Oct 2013 07:20:48 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015