Bu qədər zaman mənə izah etməyə çalışdığını, özümü - TopicsExpress



          

Bu qədər zaman mənə izah etməyə çalışdığını, özümü tapdığımda anladım. Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu varmış, Öz yolumu çəkdiyimdə anladım.. Bir tək yaşanaraq öyrənilərmiş həyat, oxuyaraq, dinləyərək deyil.. Bildiklərini mənə niyə izah etmədiyini, anladım.. Ürəyində eşq olmadan keçən hər gün itkinmiş, Eşq arxasından niyə qaçdığını anladım.. Ağrı zirvəyə çatdığında göz yaşı gəlməzmiş gözlərdən, Niyə heç ağlamadığını anladım... Ağlayanı güldürə bilmək, ağlayanla ağlamaqdan daha qiymətliymiş, Gözyaşımı gülüşə çevirdiyində anladım. Indi Anladım Bir insanı hər hansı biri incidə bilər, amma bir tək ən çox sevdiyi ağrıda bilərmiş, Çox ağrıtdığında anladım.. Lakin,dəyərmiş sevilən onun üçün tökülən hər damla gözyaşını, Gözyaşlarıyla birlikdə sevinclər tərk etdiyində anladım.. Yalan danışmamaq deyil, gerçəyi gizləməməkmiş bacarıq, Ürəyini əlimə qoyduğunda anladım. "Sənə ehtiyacım var, gəl ! " deyə bilməkmiş güclü olmaq, Sənə "get" dediyimdə anladım.. Biri sənə "get" dediyində, "qalmaq istəyirəm" deyə bilməkmiş sevmək, Get dediklərində getdiyimdə anladım.. Indi Anladım Sənə sevgim ərköyün bir uşaqmış, hər yıxıldığında için-için ağlayan, Böyüyüb mənə sıx sarıldığında anladım.. Üzr istəmək deyil, "bağışla məni" deyə qışqırmaq istəməkmiş peşman olmaq, Həqiqətən peşman olduğumda anladım.. Və qürur, itirənlərin, acizlərin maskasıymış, Sevgi dolu ürəklərin qüruru olmazmış, Ürəyimdə sevgi tapdığımda anladım.. Ölərcəsinə istəyən, gözləməz, yalnız ümid edərmiş bir gün bağışlanılmaği!!! Məni bağışlamanı ölərcəsinə istədiyimdə anladım...
Posted on: Fri, 20 Sep 2013 17:27:30 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015