Bu çox böyük bəşəri bir hadisədir, mütləq oxumanız - TopicsExpress



          

Bu çox böyük bəşəri bir hadisədir, mütləq oxumanız gərək... -------------------------------------------------------------------- Bimillahir-Rəhmanir-Rəhim.. Böyük Allahın adı ilə bir salavat xətm edəyin Mühəmmədin gül camalına. ...Belə nəql eyləyirlər ki, Allahın Rəsuli Həzrət Mühəmməd Əleyhissəlam iki il bundan əqdəm Allahın rizasi və izni ilə Bəşəriyyətdəki Ümbətlərinə nuri-səlam vermək üçün bir günlüyünə zühur edir. Onun zühuru Ərəbistan kənlərindən birinə təsadüf edir. Həzrət Mühəmməd kasıb bir ərəb ailəsinin evinə gəlir və onun həyətində əyləşərək, ev sahibini səsləyir. Ev sahibi eşiyə çıxaraq, qonağı qarşılayır və onun kim olduğunu soruşduqdan sonra qonağın Allahın sonuncu Rəsulu olduğunu bildikdən sonra payi-palandaz olaraq, Mühəmmədin səcdəsinə düşür. Həzrət Mühəmməd ev sahibini ayağa qaldırır və onunla söhbətə başlayır. Allahın Rəsulu ev sahibindən soruşur: - Ey mənim Ümbətim, o yolda bərk-bərk gedənlər nədir elə ? - Onlar maşınlardılar, ya Mühəmməd - Maşın nədir ? - Maşın belədir ki, ona əyləşirsən və iki günə dəvə ilə getdiyin yolu, iki saata gedirsən - Nə gözəl bir elm, bəs onu kimlər icad ediblər ? - Onu gavırlar icad ediblər, ey Allahın Rəsulu - Çox gözəl, bəs o göydə uçan səsli-küylü o yekə quş nədi elə ? - O da təyyarədir, ya Rəsulillah - O nə iş görür bəs ? - Nəslimiz sənə fəda olsun ya Mühəmməd, o da dəvə ilə iki aya getdiyin yolu iki saata gedir - Halal olsun bu elmə, bəs onu kimlər kəşf ediblər ? - Onu da bu Allahsız gavırlar kəşf ediblər - Bəs bu sehirli güzgüyə oxşayan nədir belə ? - Bu da televizordur, dünyanın o başında kimlərisə danışdırırlar, bu başında da dərhal onların danışığını həm eşitmək həm də onlara görmək olur. - Maşallah, maşallah..Buni kim düşünüb düzəldib bəs ? - Bunu da o lənətə gəlmiş gavırlar düzəldiblər. - Yaxşı bəs, indicə sənin o əlindəki kiçik qutuda səslənən səs nədi elə ? - Balalarım ayağının altında şəhid olsunlar ya Əmirəlmöminlərin ağası, bu da telefondur, bax biz indi Ərəbistandayıq, amma mənim Amerikada yaşayan qardaşımla bu telefon vasitəsilə mən rahat danışıram. - Halal olsun, halal olsun, bunu kimin elmi ilə qayırıblar ? - Bunu da nifrət etdiyimiz gavırlar qayırıblar - Demək belə, yaxşı de görüm ötən bu min altı yüz ildə siz nəyi kəşf etmisiniz bəs ? - Ey bütün Yer kurəsinin Sahibi-Mütləqi, biz də vallah elə bu vaxta qədər sən nə demişdinsə, nə tapşırmışdınsa, onu eləmişik. Vaxtlı-vaxtında namazımızı qılmışıq, orucumuzu tutmuşuq, Aşura günlərində özümüzü qanımıza qəltan edərək qeyd etmişik...Dediyin o "Elm Çində də olsa, onun dalınca get" kəlməsinə riayyət etmədik. Çünki murdar Çinlilər qurbağa əti yediklərinə görə ora getməyimizi haram saymışıq.... ...Bu sözləri eşidən Rəsulillah həmin saniyədə deyir ki, mən bir günlüyünə zühur etmişdim, əmma ki, bir saatlıq müsəlmanlarla bir yerdə qalmağın min illik Cəhənnəm əzabı olduğunu dərk etdim. Bunu dedikdən sonra da həmin anda qeybə çəkilərək gəldiyi yerə qayıdır... ...Əssəlamün-Əleykə-Və-Rəhmətullahi-Və-Bərəkatuhuuu....
Posted on: Mon, 29 Jul 2013 16:04:37 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015