Bunu Teleqraf.az-a (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) - TopicsExpress



          

Bunu Teleqraf.az-a (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın vahid namizədinin Rüstəm İbrahimbəyov ola biləcəyinə dair fikirlərə münasibət bildirərkən deyib. Vahid namizəd məsələsinin ciddi müzakirələrdən keçəcəyini deyən M.Mirəlioğlu qeyd edib ki, əsas məsələ də elə vahid namizəd və vahid komandaya nail olmaqdır: "Amma, bu məsələni təkcə Azərbaycan media orqanlarının suallarını cavablandırmaqla həll etmək mümkün deyil. Məsələ həm Rüstəm bəyin, həm bu məsələdə iştirakı olanların, həm məsələyə səs verəcək şəxslərin birgə müzakirəsindən keçməlidir. Bu müzakirə də mütləq olacaq. Konkret öhdəliklər olacaq. Namizəd olacaq şəxs ona dəstək verənlərin, namizədliyini irəli sürənlərin qarşısında bu və ya digər öhdəliklərilə yanaşı, özünün edə biləcəkləri və etmək istədiklərini, o cümlədən də ona səs vərənlərin arzu və istəklərini öz fəaliyyətində necə əks etdirəcəyini nümayiş etdirməlidir. İstənilən şəxs namizədliyə iddiasını yalnız bu cür gerçəkləşdirə bilər".
Posted on: Thu, 06 Jun 2013 17:20:52 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015