Bura intihar meşəsi olaraq - TopicsExpress



          

Bura intihar meşəsi olaraq tanınır ------------------------------------------------------- Yamyaşıl yosunlu ağaclarla, qurumuş yarpaqlarla örtülü olan bu həzin meşəni digər meşələrdən ayıran maraqlı bir hekayəsi var. Yaponiyadakı Fuji dağının ətəklərini bəzəyən bu meşənin əsl adı “Aokigahara”dır. Lakin əsasən,“intihar meşəsi” olaraq tanınır. Səbəbi isə intihar etmək istəyənlərin son olaraq bu meşəni seçməsidir. Sözügedən meşə Vataru Tsurumuinun “İntihar əl kitabı” adlı kitabında “ölmək üçün mükəmməl bir yerdir” deyə təsvir edilib. 2002-ci ildə burada düz 78 cəsəd tapılıb. 1998-ci ildə bu rəqəm 73 idi. 2006-cı ildə rəqəmlər azalaraq 16-ya enib. Cəsədlərin bəzilərinin yanında həmin məşhur kitab var idi. Normal meşələrdə “Xahiş olunur alovla oynamayın, meşələri yandırmayın” kimi sözlər yazılırsa, burada “Xahiş olunur intihar etməyin. İntihardan əvvəl bir az da düşünün” kimi ifadələrə yer verilib. Həmin bölgədə yaşayanlar insanların oraya intihar üçün yoxsa dincəlmək üçün getdiklərini gözlərinə baxanda başa düşürlər. Çox təəssüf ki, onları bu işdən çəkindirmək üçün əllərindən bir iş gəlmir. Bəs ölümü seçənlər niyə sırf buraya üstünlük verir? Bunun əsas səbəblərindən biri meşənin yaponların müqəddəs saydığı Fuji dağının ətəklərində olmasıdır. Digər səbəbi isə bu meşənin uğursuz olduğuna inanılmasıdır. Talehsiz meşə haqqında minlərlə əfsanə var. Məsələn, belə bir fərziyyə var ki, meşənin alt qatlarında olan dəmir yataqlarına görə kompas cəhətləri səhv göstərir. Cəhətləri təyin etmək mümkün olmadığına görə də yazıq insanlar meşədə azır. Daha bir ürküdücü nüans var ki, ağacların arasında bir neçə kilometr getdikdən sonra meşənin öz səsindən əlavə səslər eşidə bilərsiz. ................................................................................ Gazete.az
Posted on: Tue, 22 Oct 2013 14:01:04 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015