Buyurun oxuyun Esitmediyiniz Melumatlar ve faktlar !!! - TopicsExpress



          

Buyurun oxuyun Esitmediyiniz Melumatlar ve faktlar !!! Bermud üçbucağı Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdiyi üçbucaq formasında bir ərazdə yerləşir. Möcüzələr və müəmmalarla dolu olan bu yer planetin ən dəhşətli və müdhiş ərazisi hesab olunur. Buraya Atlantik qəbiristanlığı, ölüm və ya şeytan üçbucağı da deyilir. Səbəb isə bu ərazidən keçən gəmilərin, təyyarələrin və s. heç bir iz qoymadan yoxa çıxmasıdır. Bu üçbucağın ilk qurbanı Xristofor Kolumbun donanması olub. İnsanları narahat edən və qorxudan, minlərlə insanın yox olduğu, bir-birinin ardınca bir çox sirlər saxlayan bu möcüzə nədir? İnsanlar hara yox olur? Naməlum dünyaya düşür, yoxsa sirli kosmik varlıqlar tərəfindən əsir götürülür? 1502-ci ildə ispan dənizçisi Bermudes Atlantik okeanında gəmilər üçün təhlükəli olan riflər (sualtı qayalar), saylarla (dayazlıqlar) əhatə olunan ada kəşf etdi. Buranı Şeytan adası adlandırdı. Elə onun adının şərəfinə həmin yer Bermud üçbucağı adlandırıldı. Atlantik okeanın bu müəmmalı rayonuna həm ciddi niyyətlə, həm də sensasiya axtarışı ilə onlarla ekspedisiya gəlmişdir. Saysız-hesabsız fərziyyələr irəli sürülmüşdür, çoxlu kitablar yazılmışdır, amma bu müəmmalı yerin sirri hələ də açılmamışdır. Təqribən 20-ci əsrin ikinci yarısından sonra dünya mətbuatı bu təbii fenomenə diqqət yetirməyə başladı. Bermud üçbucağının müəmmalarına maraq göstərən tədqiqatçılar keçmiş zamanlardan indiyə kimi məlumat toplayırlar. Atlantik okeanın bu ərazisindən keçən Xristofor Kolumb müşahidə etdiyi qəribə hadisələri qələmə almışdır. Böyük səyyahı su səthinin qeyri-adi parıltısı və havaya qalxan od parıltısı valeh etmişdir. Bermud üçbucağı yalnız həmin yerə aid deyil. Ora Bermud adasının zirvəsidir. Atlantik okeanın xəritəsində Bermud üçbucağı öz klassik formasında kəsilməz xətlərlə təsvir olunur.
Posted on: Sun, 10 Nov 2013 13:16:32 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015