By defending the Constitution, Jamil Hasanli has won the 2013 - TopicsExpress



          

By defending the Constitution, Jamil Hasanli has won the 2013 Azerbaijani presidential election. On 2 October Azerbaijani united opposition candidate Jamil Hasanli had launched a legal challenge to President Ilham Aliyev’s third term candidacy, arguing that it is unconstitutional. Today the challenge was rejected on technicality. This issue was first raised and articulated by Erkin Gadirli. Which is why I was extremely disappointed in REAL’s refusal to take leadership on this and to work with the united opposition National Council in defence of Azerbaijani Constitution. Instead REAL had chosen to play banal Azerbaijani politics – field their own candidate, attack the National Council etc. Their institutional expertise and know-how would have been very useful but I sincerely thank those individual REAL members who have helped with this case. The draft copy of the appeal is below (in Azeri). There is a growing body of constitutional legal opinion which argues that the 2009 changes to Azerbaijani Constitution contravene the European Convention on Human Rights. But that is not what Professor Hasanli’s challenge is all about. We, for the sake of the argument, accept the 2009 referendum results. The gist of our legal case is that the March 2009 referendum that changed the Constitution and removed two terms presidential limit took place AFTER Ilham Aliyev had already been elected (in 2008) and inaugurated (in January 2009) under the old “two-terms only” Constitution. These changes do not have retro-active powers and therefore do not apply to Ilham Aliyev, who has already served his maximum two terms in office. Some independent legal experts and, of course, the ruling regime respond that the laws do have retro-active powers. So the legal dispute centres on the question of whether Constitutional laws have retro-active powers. Ultimately this is a matter for a proper legal process and judicial review, and the final judgement can only be made by the Constitutional Court. Today’s rejection of the appeal on a technicality precludes this. Note that this procedural rejection does not address the substantive issue – whether or not Ilham Aliyev’s third term nomination is constitutional. Anyway, there is already serious doubt over impartiality and objectivity of the Constitutional Court given that its SERVING MEMBERS have already pre-empted this debate by publishing their opinion in the press. Therefore, now that a legal challenge has been registered and without a final, exhaustive and undisputed Constitutional Court ruling, Ilham Aliyev’s third term presidency is NOT legitimate. Whether this judicial review takes place now or in the future, even if it takes place after Mr Aliyev’s regime is removed from power, is immaterial. The fact remains that until there is Constitutional Court ruling on the matter, a serious legal question mark hangs over anything done or signed under Mr Aliyev’s authority, from 1 January 2014 onwards. If Mr Aliyev is removed from power, through a revolution (or more likely a coup/regime change), between now and, say, 2036 (when Shah Deniz gas contract expires – nod -nod, wink -wink), the new government will have a solid legal case, domestically and internationally, to challenge anything Mr Aliyev has done in his capacity as President, post January 2014. Azerbaijani Constitution is the ONLY legal document which supersedes all oil /gas production-sharing agreements, contracts, international loans etc. I trust there is no need to spell everything out – it is all pretty self-explanatory. History will in due course reveal all the details of what transpired in 2013. For now it suffice to say that the National Council and Azerbaijani democratic movement in general has successfully fulfilled all feasible 2013 strategic objectives. A judicial “time-bomb” has been placed under the ruling regime and it may go off at any moment. By defending the Constitution Jamil Hasanli has won the 2013 presidential election and so have the People. We are now much nearer to the day when Azerbaijanis get their country back. Draft Copy of the Appeal (in Azeri) Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına Ünvan: Bakı şəhəri, S. S. Axundov 1E 09 oktyabr 2013-cü il tarixdə keçiriləcək seçkilərdə Azərbaycan Respublikası Prezidentliyinə namizəd Həsənli Cəmil Poladxan oğlundan Şikayət Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 10 avqust 2013-cü il tarixli və 9/68 saylı qərarı ilə hazırda Azərbaycan Respublikası Prezidenti olan Əliyev İlham Heydər oğlunun Yeni Azərbaycan partiyası tərəfindən üçüncü dəfə prezidentliyə namizəd irəli sürülməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 25 avqust 2013-cü il tarixli və 19/113 saylı qərarı ilə hazırda Azərbaycan Respublikası Prezidenti olan Əliyev İlham Heydər oğlunun üçüncü dəfə prezident seçilməsi üçün namizədliyi qeydə alınmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 12 sentyabr 2013-cü il tarixli və 26/147 saylı qərarı mənim Azərbaycan Respublikası Prezidentliyə namizədliyim qeydə alınmışdır. Hesab edirəm ki, İlham Əliyevin iki il ard-arda Prezident olduqdan sonra, yenidən Prezident seçkilərində iştirakı və namizədliyinin qeydə alınması Azərbaycan Respublikası Konstitusiyasının bir sıra müddəalarına zidd olmuş və mənim prezident seçkilərində iştirak edən namizəd kimi legitim gözləntilər hüququmu pozmuşdur. İlk əvvəl Seçki Məcəlləsinin 177-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidenti (bundan sonra — prezident) seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən Prezidentliyə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, seçki hüququ olan vətəndaşlar bu Məcəllənin 53-cü və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər. Həmin Məcəlləsinin 180.4-cü maddəsinə əsasən Prezidentliyə namizəd irəli sürmüş təşəbbüs qrupu siyasi partiya, siyasi partiyaların bloku namizədin prezidentliyə namizəd kimi çıxış etməyə razılıq ərizəsini Mərkəzi Seçki Komissiyasına təqdim etdikdə, ərizədə namizədin Konstitusiyanın 100-cü maddəsində göstərilən tələblərə cavab verməsi nəzərdə tutulmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən prezidentliyə namizədlər bu Məcəllənin 60-cı maddəsində göstərilən qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınırlar. Həmin Məcəllənin 54.10-ci maddəsinə əsasən Namizədin qeydə alınmasından imtina edilməsi üçün əsas yalnız bu Məcəllənin 54.1-54.7-ci maddələrində göstərilən sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Bundan əlavə Seçki Məcəlləsinin 60.2-ci maddəsinə əsasən namizəd barədə məlumatların düzgün olmaması namizədin qeydiyyatından imtina əsasdır. Həmin Məcəllənin 113-1.1-ci maddəsinə əsasən seçki komissiyası namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyata alınmasından onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər. Hesab edirik ki, Yeni Azər Baycan Partiyası tərəfindən irəli sürülmüş namizəd İlham Heydər oğlu Əliyevin namizədliyi Azərbaycan Respublikası Konstitusiyasının 7 və 100-cü maddələrinin tələblərinə cavab vermədiyi üçün təsdiq edilməməli, təsdiq edildiyi təqdirdə isə qeydiyyatından imtina edilməli idi. 27 avqust 2013-cü il tarixdə anoloji olaraq Azərbaycan Respublikası MSK-sı Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi “Milli Şura” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun namizədliyinin təsdiq edilməməsi haqqında 20/118 saylı qərar etmişdi. İlham Əliyevin namizədliyinin Azərbaycan Respublikası Konstitusiyasının uyğun olmaması aşağıdakı dəlillərlə əsaslandırırıq. İlham Əliyev ilk dəfə 2003-cü ildə, ikinci dəfə 2008-ci ildə prezident seçilərkən Andiçmə mərasimi zamanı YAP-ın yenidən Prezident olmuş namizədi, əlini Konstitusiyaya qoyaraq, “Konstitusiyaya əməl edəcəyinə…” söz verdi. And içdiyi zaman qüvvədə olan Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi heç kəsin iki dəfədən artıq təkrarən Prezident seçilə bilmədiyini müəyyən edirdi. Bu qeyd-şərtsiz bir müddəadır. “ “Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikasının Prezidentinə şamil edilir.” (keçid müddəa 3) lham Əliyev 2008-ci ilin oktyabrında ikinci dəfə Prezident vəzifəsinə seçildi. Həmin zaman qüvvədə olan Konstitusiyanın 101.5 maddəsi “iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini” nəzərdə tuturdu. Hüquq baxımından seçiçilər, İlham Əliyevə səs verərkən, həmin məhdudiyyətdən doğan gözləntilərin daşıyıcısı sayılırlar. Seçki kampaniyası zamanı nə İlham Əliyev, nə də onun vəkilləri bu məhdudiyyətin ləğv ediləcəyinə dair planları haqqında seçicilərə açıq və aydın bəyan etməmişlər. Üstəlik, İlham Əliyev “iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini” Konstitusiya andı vasitəsilə qəbul etmiş sayılır. Legitim gözləntilər prinsipi belə təfsiri tələb edir. “İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətini” ləğv edən referendum nəticələrinin hüquqi qüvvəsi geriyə tətbiq edilə bilməz. Yəni, həmin nəticələr 31 mart 2009-cu ildən sonra (Konstitusiya düzəlişlərinin rəsmən qüvvəyə mindiyi gün) ilk dəfə seçiləcək Prezidentə şamil edilə bilər. Başqa sözlə, İlham Əliyev ikinci müddətini başa vurduqdan sonra yenidən Prezident seçkilərində namizəd kimi iştirak edə bilməz. Qanunun geriyə tətbiqini qadağan edən prinsip belə nəticəni labüd edir. Yeri gəlmişkən, Konstitusiyanın öz tarixi (drafting history) da bunu aydın göstərir. 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın keçid müddəalarının 3-cü bəndində yazılmışdır: “Bu Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsi bu Konstitusiya qəbul edildikdən sonra seçilən Azərbaycan Respublikası Prezidentinə şamil edilir.” Eyni yanaşma 101-ci maddənin 5-ci hissəsini ləğv edən düzəlişə də tətbiq edilməlidir (yalnız gələcəyə şamil olunmalı). Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsindəki mətnə gəldikdə isə orada yazılır: “Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, … normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir.” Bu müddəanın “iki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin” aradan qaldırılmasına heç bir aidiyyatı yoxdur. Belə ki, Prezident olmaq vəziyyəti yaxşılaşdıran hal kimi qəbul etmək olmaz. Çünki, prezident olmaq çox ağır bir yükün altına girmək deməkdir. Prezident olmaq hüquq deyil, vəzifədir. Adi insanlardan fərqli olaraq, Prezidentin azadlığı xeyli məhduddur. Bunun müqabilində o, hamıdan yüksək maaş, güclü mühafizə və s. kimi təminatlar vasitəsilə azadlığının məhdud olmasının təzminatını alır. “İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyətinin” aradan qaldırılmasının “fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran” kimi hesab olunması Prezident vəzifəsi haqqında kökündən yanlış təssəvvürün olmasından xəbər verir. Bir başqa və çox vacib məsələ daha var. “İki dəfədən artıq təkrarən seçilməmək məhdudiyyəti” şəxsi yox, institusional səciyyə daşıyır. Onun “Azərbaycan Respublikası Prezidentliyinə namizədlərə aid tələblər” adlanan 100-cü maddədə deyil, “Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları” adlanan 101-ci maddədə təsbit edilməsinin çox böyük önəmi var. Buradan aydın görünür ki, həmin məhdudiyyət Prezident seçilmək iddiasında olan şəxslərə yox, təkbaşına icra hakimiyyəti orqanı olan Prezident təsisatına aiddir. Bu iki yanaşmanı qarışdırmaq olmaz. Bundan əlavə Avropa Şurasının Venesiya Komisiyası 2009-cu il martın 16-da həmin ildə Azərbaycan Respublikasında Konstitusiya dəyişikliklərinə dair rəyini açıqlayıb. Həmin rəyin 3-cü hissəsi Prezidentin 2 dəfə seçilmə müddətinə qoyulan qadağanın aradan qaldırılması barədədir. Rəydə bildirilirdi ki, «bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdır». Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Belə olan təqdirdə hesab edirik ki, İlham Əliyevin 2013-cü il prezident seçkilərində üçüncü dəfə namizədliyinin irəli sürməsi həmçinin Konstitusiyanın 7-ci maddəsinə ziddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 7, köhnə redaksiyasının 101-ci maddəsinə, Seçki Məcəlləsinin 112-113-cü maddələrinə əsasən Xahiş edirəm: İlham Heydər oğlu Əliyevin 2013-cü il prezident seçkilərində üçüncü dəfə namizədliyinin qeydiyyatının ləğv edilməsi üçün məhkəməyə müraciət edəsiniz. Şikayətə əlavə olunur: Venesiya Komissiyasının Rəyi; Hüquqşünas E.Qədirlinin çıxışının videodiski (youtube/watch?v=nyL2Jk_AlbE) İmza: Cəmil Poladxan oğlu Həsənli
Posted on: Fri, 04 Oct 2013 17:03:44 +0000

Trending Topics



ns nos différences,
Dear Santa, For Christmas I would like some ideas on how we
Serving small-to-medium businesses, corporate clients and public

Recently Viewed Topics




© 2015