Böyük adamlardan birini məclisdə tərifləyir və yaxşı - TopicsExpress



          

Böyük adamlardan birini məclisdə tərifləyir və yaxşı sifətlərindən uzun–uzadı danışırdılar. Nəhayət o, başını qaldırıb Dedi: – Mən özüm bilirəm ki, mən kiməm. Ey mənə hey tərif deyib incidən, Kaş xəbər tutaydın bu batinimdən. Bütün aləm mənə baxıb zahirimi xoşlayır. Bu natəmiz batinimsə məni edir xəcalət. Xalq heyrandır min rəng ilə gəzən tavus quşuna. Tavus isə ayağına baxıb çəkir xəcalət. "Gülüstan" Sədi Şirazi
Posted on: Sat, 06 Jul 2013 05:12:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015