Bədbəxt bəxtəvər Xorvatiyada musiqi müəllimi olan Fran - TopicsExpress



          

Bədbəxt bəxtəvər Xorvatiyada musiqi müəllimi olan Fran Selakın bədbəxtlik zolağı 1962-ci ildə başladı. Onu getdiyi qatar relsdən çıxdı, bir neçə dəfə çevrildi və suya düşdü. Nəticədə 17 nəfər həlak oldu. Selak sınıq qolu ilə sahilə qədər üzə bildi. Bir il sonra Selak təyyarədə uçarkən havada hava boşluğuna düşən təyyarənin salondakı yan qapılarından biri qopdu və hava Selakı təyyarədən sovurub çıxartdı. O, gözlərini hospitalda gözlərini açanda ona dedilər ki, təyyarə qəzaya uğrayıb, məhv olub, onu isə saman tayasının üzərindən tapıblar. 1966-cı ildə Selak avtobusda qəzaya uğradı, 4 nəfər həlak oldu, o isə yüngül xəsarətlə canını qurtardı. 1970-ci ildə onun avtomobili hərəkət zamanı alışmağa başladı, Selak maşından çıxdı ki, söndürsün, avtomobil partladı. 1973-cü ildə növbəti avtomobil hadisəsi baş verdi. Bu dəfə yanacaq sistemindəki pozuntu salonda yanğına səbəb oldu və nətivədə Selakın saçının bir hissəsi yandı. 1995-ci ildə onu avtobus vurdu. Fran yüngül şok və kiçik xəsarətlərlə sağ qaldı. 1996-cı ildə Selak öz avtomobilində dağ yolu ilə hərəkət edərkən üzərinə gələn yük maşını ilə toqquşmadan qaçmaq üçün uçuruma tərəf istiqaməti dəyişərək özünü hərəkətdə olan maşından bayıra tulladı ki, uçuruma düşməsin. 2003-cü ildə 74 yaşında son 40 ildə birinci dəfə lotoreya bileti aldı. nəticədə 1 milyon dollar qazandı.
Posted on: Wed, 18 Sep 2013 08:01:34 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015