CRAZIES UNION_Mehbus (Undead,Hugo,Spx) .SPX Keçən axşam - TopicsExpress



          

CRAZIES UNION_Mehbus (Undead,Hugo,Spx) .SPX Keçən axşam vərəqlərim mənsiz qalmışdı.Ürəyimə bir mesaj atmışdılar sənsiz çox darıxmışıq,deyə.Mənsə Bakının qollarında idim,şəbəkə xidmətindən xaricdə.Xəzri üzümə sillələr yağdırırdı sənsizliyi üzümə vurudu.Mənsə səni yox,sənin sayəndə var olan bədahətimi itirməkdən qorxurdum.Sənsizliyi səndən çox sevirəm,qəbul edirəm bunu.Vərəqlərin məhbusuyam mən.Hərə bir şey üçün qurur həyatını,amma şeirlərim üçün həyatımı yıxıram mən.Keçən gecə yorulmuşdum bir az,bir az da incimişdim təkliyimi üzümə vuran şəhərdən.Yarpaqlar yerə töküldükcə adını pıçıldayırdı,mənsə əzirdim hər birini,adını cansız bədənlərində səsləndirməsinlər deyə.Bir daşın üstündə gördüm "sevgi yoxdur" sözünü,güldüm,yadıma düşdün.Kövrək gözlərin,əllərin.Hələ də unuda bilmirəm,yağışın altında dəli kimi gəzməyi.Sonra soyuq olmuşdu ikimizə də,amma inan ki,dəyərdi.Həmən həftə ikimiz də sevgi xəstəsiydik. Əllərim toxunanda qələmə gülüşlərim solur üzümdə. Kölgələr üstümə çəkir hücum,maraqsız gəlir mənə sonum. Bu mahnılar bir-bir aparır,bu şeirlər keçmişə qaytarır. Bu qələm,bu vərəq məni məndən alıb uzağa aparıb Qələmə vərəqə məhbusam mən.. .HUGO Zamanın gözlərində tərk edilən məhbusam, Yalanın gəzlərində kabusam mən,əfsus bitdi. Tərki dünyalıq məni məcbur etdi,qələmə qardaş etdi,sirdaş etdi Mən susdum. Dostum indi qələm deyil, Mürəkkəbim qan,can üzüldü ağrılarla anbaan anbaan. Durdu zaman,artdı yalan,kədərlər də verdi salam. Bir az soyuq buzlu,burda yalan düzdü Qəlb uduzdu,həyat dərdi quduzdu. İstəsəm də,istəməsə də, Görünsəm də mən zülmətimin gözünə,özünə Sözün düzünə qalsa mən əslində çox,çox izinə-tozuna düşdüm. Çox soyuqdu cəhənnəm,burda mən üşüdüm. Düşündüm mən güclü dünya amansızdı Solda-sağda olan mələklər də qanadsızdı. Həyatı yenmək istəyirəm,həyat cansızdı Damarlarımı kəs doğra görərsənki qansızdı. .SPX Əllərim toxunanda qələmə gülüşlərim solur üzümdə. Kölgələr üstümə çəkir hücum,maraqsız gəlir mənə sonum. .UNDEAD Nəfəslə qızdırırdım donmuş qəlbin aynasını, Amma hiss edirdim ürəyimin də dayanmasını Zəncirlə qolları bağlı məhbusam cəhənnəmdə Barmaq izlərin qalıb sınıq bu pəncərəmdə. Gecələr qaranlığıma səhərlər günəş doğdu, Qəlbimdə ocaq qalandı tüstüsü məni boğdu Dişlə dərimi dərindən görərsən qan da yoxdu Bəlkə bu yazdıqlarımı o nə vaxtsa oxudu. Qanım ilə adımı yazdım cəhənnəmin divarlarına, Bir neçə güllər əkdim qəbrimin kənarlarına. Qəlbim əzab verir gecələr ağladıqca, Yaralarım qanayır hələ sarıqlarını bağladıqca. Pərdələr rəqs edirdi küləyin ölümcül səsi ilə, Damarda qan qarışdı qəlbin sınıq hissəsi ilə. Nə qədər qaçdım,alın yazım,çökdü dizlərim. Dırnağım ilə pozdum,amma yenə də qaldı izləri. Nə qədər silmək istədim,amma adın qalıb yadda, Qəlbimin qapısı bağlı,açarı da bax torpaq altda. Qəlbimdə basdırırdım ümidlərimi göz yaşımla. Kimsə pıçıldaraq salamlaşdı baş daşımla. .SPX Son iki ay qalmışdı qumdan qalamızı ləpələrin yuyub aparmasına və sən,"səni mənim üçün göndərən tanrını sevməyə bilmərəm"deyirdin.Mənsə iki ay sonra bizi ayıracaq şəhərə nifrəti belə az bilirdim.Yəqin bağışlanaram yazdığım şeirlərə görə.Özün bilirsən ki,cənnətə yoxdu hərisliyim yaşayıram insanlıq xərtinə.Sadəcə uşaqlığımdan beləyəm,incidə bilmirəm mənə nifrət edənləri və məni.Sənə aparan o fikirlərə düşmən kəsilmişəm.Bilirəm hər şair sevir yatağın soyuq tərəfini.Yatağın soyuq tərəfinin arzulardakı sahibini.Və o soyuq tərəfə toxunduqca əllərim,hiss edirəm ki,artıq bu dünyada cəhənnəmdəyəm mən.Nəysə,boş ver.Darıxmışam,arada mesaj atsan sevinərəm. Sevərdim həyatı sonum sənli olsaydı Ya da ki,sənlə olsaydı Ya da ki,sonum sən olsaydın Bilərdım ki,dəyib yaşamağa. Ölənədək qəlbində məhbus olsaydım, Bilərdim ki,dəyərmiş doğulmağa. Sənsiz açılan səhərlərin kəndirini boğaza taxıram hər axşam Sənə yazılan şeirlər imkan vermir,ölməyə vaxt tapmıram. İstəmirəm dönməyini,yoxluğundan məmnunam.Əllərim toxunanda qələmə gülüşlərim solur üzümdə. Kölgələr üstümə çəkir hücum,maraqsız gəlir mənə sonum. Bu mahnılar bir-bir aparır,bu şeirlər keçmişə qaytarır. Bu qələm,bu vərəq məni məndən alıb uzağa aparıb Qələmə vərəqə məhbusam mən.
Posted on: Mon, 16 Sep 2013 14:19:19 +0000

Trending Topics



" style="margin-left:0px; min-height:30px;"> Cadastre-se para receber capitulos da biblia em seu facebook
First line of presidential speech all lies as usual. Troops are

Recently Viewed Topics




© 2015