Camaat elə bilirmiş ki, mən soyadımdakı "ov" şəkilçisini - TopicsExpress



          

Camaat elə bilirmiş ki, mən soyadımdakı "ov" şəkilçisini Heydər Əliyevə görə ixtisar eləmişəm. Vallah, aidiyyatı yoxdur. Billah, aidiyyatı yoxdur. Mən belə şeylərlə qabağa getmək istəsəm, bu qədər əziyyət çəkməzdim :) Atadangəlmə soyadımdır, mən də şablonları sevmirəm deyə, şəkilçini ləğv etmişəm. Adımı da dədəm o vaxtı öz uşaqlığında İran istehsalı olan "Mazandaran Pələngi" adlı filmə baxandan sonra fikirləşib. Həbib adlı obraz nəsə güclü pəhləvan olubmuş. Atam da arzu eləyib ki, oğluma bu pəhləvanın adını qoyacağam. Beləcə, adımı Həbib qoyub. Düzdür, bədən sarıdan bir pəhləvanlığım yoxdur, amma belə pis çıxmasın dil pəhləvanıyam :)) Koppayoğlunun debatı! Həm də atamın ana tərəfdən babasının, yəni ata nənəmin atasının adı Həbibulla(h) olub. Bir növ adım həm də, o kişinin adının ixtisar formasıdır. Bizim zonada isə Həbibullaha qısaca olaraq Həbulla deyirlər. Bir növ şivə formasıdır.
Posted on: Fri, 21 Jun 2013 19:03:27 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015