Corc Buş bir məktəbə baş çəkir. Sinfin birində - TopicsExpress



          

Corc Buş bir məktəbə baş çəkir. Sinfin birində etdiyi çıxışdan sonra uşaqlara sual soruşa bilmək üçün imkan yaradır. Bob adlı bir şagird prezidentə 3 sual ünvanlayır: -1. Nə üçün Amerika BMT-nin razılığı olmadan İraqa girdi? -2. Siz rəqibiniz Kerridən daha az səs aldığınız halda necə oldu prezident seçildiniz? -3. Əfqanıstana əsgər göndərdiyiniz, Usamə Bin Ladenə nə oldu? Kiçik Bobun soruşduğu suallar bitər-bitməz tənəffüs zəngi çalır. Buş tənəffüsdən sonra davam edəcəklərini bildirir və birlikdə tənəffüsə çıxırlar.Sinfə döndüklərində Buş suallara davam etməklərini bildirir. Bu dəfə başqa bir şagird sual vermək üçün əlini qaldırır. -Adın nədi balaca? - C.Buş soruşur. -Steve… -Sənin sualın nədir, Steve? -Mənim 5 sualım var, cənab prezident : 1. Nə üçün Amerika BMT-nin razılığı olmadan İraqa girdi? — 2. Siz rəqibiniz Kerridən daha az səs aldığınız halda necə oldu da prezident seçildiniz? 3. Əfqanıstana əsgər göndərdiyiniz, Usamə Bin Ladenə nə oldu? 4. Tənəffüs zəngi niyə 20 dəqiqə erkən çalındı? 5. Bob hara yoxa cixdi ?
Posted on: Tue, 12 Nov 2013 05:18:23 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015