Cox wey deyir goz yawlari Bəzən söylənməyən sözlərin - TopicsExpress



          

Cox wey deyir goz yawlari Bəzən söylənməyən sözlərin səsi, bəzən bir peşimanlığın pəhrizi, bəzən də bir sevda nəfəsi... Səssizliyin qışqırıqlarıdır əslində göz yaşları... İnsan övladı qəribədir. Sevinir ağlayır, kədərlənir ağlayır, həsrət çəkir ağlayır, qovuşur yenə ağlayır... Kəlimələr kifayət etməyəndə, göz yaşlar iş başındadır. Əslində ağlaya bilmək böyük bir nemətdir və ağlamaq daş qəlbli olmadığımızı göstərir... Ancaq bəzən göz çeşmələrindən süzülə bilmir aşağıya doğru göz yaşları. Onlar üzümüzə axıb, israf etməzlər özlərini. Çünki çox daha vacib işləri vardır. İçmizdəki bir yanğını söndürmək istəyərlər... Göz qapaqlarınızın yandığı, boğazınızda nəyinsə düyünləndiyi anda diqqət etdinizmi heç göz yaşlarınızın nə etdiyinə? Ağlamaq zəiflikdirmi? Niyə ağlamaq lazım olduğu anda yumruqlarımızı, dırnaqlarımızın ovuclarımızı qanadıncaya qədər sıxarıq? Niyə gizlədirik yaşaran gözlərimizi başqalarından? Baxın çəkinmədən ağlayıram! Utanmıram heç kimdən! O qədər ürəyimə axıtdım ki, göz yaşlarımı.... Ağlayıram dostlarımın vəfasızlığı üçün... Ağlayıram Yaradana vəfasızlığım üçün... Ağlayıram darıxdıqlarım üçün... Ağlayıram darıxıb da qovuşa bilmədiklərimə... Ağlayıram içimi incidən qəlb qırıqlarıma... Ağlayıram istəmədən də olsa, qırdığım qəlblərə... Ağlayıram yaxınlaşdıqca uzaqlaşanlara... Ağlayıram tanıdıqca eybəcərləşənlərə... Ağlayıram heyif olan illərimə... Ağlayıram bir ömür ağlaya bilmədiklərimə....
Posted on: Wed, 04 Sep 2013 05:34:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015