Cristiano Ronaldo dos Santos Aveiro (d. 5 fevral 1985, Funşal, - TopicsExpress



          

Cristiano Ronaldo dos Santos Aveiro (d. 5 fevral 1985, Funşal, Madeyra)[2] — Real Madrid futbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan portuqaliyalı futbolçu. Ronaldonun Mançester Yunayted klubundan Real Madridə keçidi üçün 83 milyon funt-sterlinq (€93.9 milyon/$131.6 milyon) ödənib. Buda onu futbol tarixinin ən bahalı oyunçusuna çevirdi. Real Madrid ilə bağladığı müqaviləyə əsasən ildə 12 milyon avro qazanan futbolçu, dünyanın ən çox qazanan futbolçularından biridir.[3] Ronaldo karyerasına gənc oyunçu kimi Andorinha klubunda başlamışdır. 2 ildən sonra C.D. Nasional klubuna keçmişdir. 1997-ci ildə Portuqaliya nəhəngi olan Sportinq Lissabon klubuna keçid almışdır. Ronaldonun gözəl oyunu Mançester Yunaytedin məşqçisi olan Aleks Ferqyusonun diqqətindən yayınmadı, elə 2003-cü ildə Kriştiano £12.24 milyon funt-sterlinqə (€15 milyon) Mançesterə transfer olundu. Növbəti mövsümlərdə o ilk mükafatını FA Kubokunu qazandı. Ronaldo 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu oldu. 2008 və 2013-cü illərdə Qızıl top mükafatını qazandı.[4] Ronaldo həmçinin bu mükafatın 2007, 2009, 2011 və 2012-ci illərdə keçirilən müsabiqələrində ikinci yeri almışdır. Kriştiano həm 2008, həm də 2011-ci ildə Avropa Qızıl Butsi Mükafatının sahibi oldu. Ronaldo 2008-ci ildə dörd əsas PFA and FWA kuboklarından hesab olunan FIFPro İlin Futbolçusu, World Soccer İlin Futbolçusu, Onze dOr və FİFA Dünyada İlin Futbolçusu mükafatlarına layiq görülüb. 2007 və 2008-ci illərdə isə FYA İlin Futbolçusu adını qazandı. Ronaldo 2009-cu ildə FİFA Puskas Mükafatının ilk qalibi olmuşdur.
Posted on: Thu, 06 Feb 2014 13:44:53 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015