Cəmil Həsənlinin seçki qərargahına pozuntu və saxtakarlıq - TopicsExpress



          

Cəmil Həsənlinin seçki qərargahına pozuntu və saxtakarlıq faktları barədə daxil olan məlumatlar aşağıdakılardır. Bu siyahı davam edəcək: 9 oktyabr 2013 saat 08:30 Cəmil Həsənlinin Seçki Qərargahı PRESS-RELİZ-1 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 46 saylı seçki məntəqəsindən Vahid Əhmədlinin verdiyi məlumata görə, saat 0745-də xeyli sayda seçki bülletenlərinin seçki qutusuna salındığı aşkar edilib. 55 saylı Xaçmaz şəhər seçki dairəsinin 1 saylı məntəqəsindən Ramiz Mustafayevin verdiyi məlumata görə, rayon icra hakimiyyətinin başçısı başda olmaqla dövlət qulluğunda və büdcə təşkilkatında işləyən əhali bu məntəqəyə gətirilib. Hazırda bu insanlara qeyri-qanuni olaraq bu məntəqədə seçki bülletenləri verilir. 36 saylı Xətai dördüncü seçki dairəsinin 16, 17, 18 saylı məntəqələrinə Cəmil Həsənlinin müşahidəçiləri buraxılmayıb 19 saylı Nərimanov birinci seçki dairəsinin 30 saylı məntəqəsindən Məsud Əsgərovun verdiyi məlumata görə, məntəqədə bülletenlər müşahidəçilərin nəzarəti altında sayılmayıb və seçki qutularının hamısı səsvermə otağında yerləşdirilməyib. 8 saylı Binəqədi birinci seçki dairəsinin 30 saylı məntəqəsindən Şamil Beydullanın verdiyi məlumata görə, bu məntəqəyə daxil olan istənilən Azərbaycan vətəndaşının səs vermə hüquq olduğu bildirilir və bu məntəqə ərazisində qeydiyyatda olmayan şəxslərə də seçki bülletenləri verilir. 82 saylı Ağcabədi seçki dairəsinin 3 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Rüfət Hacıbəylinin verdiyi məlumata görə, məktəbin Yeganə adlı müəllimi seçki qutusuna topa şəklində seşçki bülleteni salır. 36 saylı Xətai dördüncü seçki dairəsinin 31 saylı məntəqəsindən müşahidəçi Fuad Əhmədlinin verdiyi məlumata görə, bu məntəqədə seçki bülletenləri müşahidəçilərin nəzarəti altında sayılmayıb, bülletenlər səsvermə otağında saxlanılmır və bu məntəqədə səsvermə hüququ olmayan şəxslərə seçki bülletenləri verilir. 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 3 saylı məntəqəsindən məşvərətçi səshüquqlu Akif Şahvbazovun verdiyi məlumata görə, bu məntəqəyə gələn seçicilərin barmaqlarının mürəkkəblənib-mürəkkəblənmədiyi yoxlanılmır və barmaqlara mürəkkəb vurulmur. 105 saylı Tovuz seçki dairəsinin 40 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Səxavət Soltanlının verdiyi məlumata görə, səhər 815-də seçki məntəqəsində heç kəs yoxdur, məntəqənin komissiya üzvləri başqa bir otaqda məntəqə seçki komissiyasının sədri ilə birlikdə seçici siyahılarında və seçki bülletenlərində qeydlər aparır. 9 oktyabr 2013 saat 08:57 Cəmil Həsənlinin Seçki Qərargahı PRESS-RELİZ-2 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 13 saylı seçki məntəqəsindən müşahidəçi Seymur Kərimovun verdiyi məlumata görə, bu məntəqədə Gədəbəy, Füzuli, Şamaxı və Kəlbəcər rayonunda qeydiyyatda olan seçicilərə seçki bülleteni verilir. 8 saylı Binəqədi birinci seçki dairəsindən dairə üzrə məşvərətçi səs hüquqlu komissiya üzvü Tacik Hacılının verdiyi məlumata görə, bu dairənin 1, 2, 3 saylı məntəqəsinin qarşısında icra hakimiyyəti nümayəndələri seçicilərə hamının gözü qarşısında pul paylayır. 118 saylı Ağdam şəhər seçki dairəsinin 46 saylı seçki məntəqəsindən Nurlan adlı seçicinin verdiyi məlumata görə, Müşviqabad qəsəbəsində yerləşən bu seçki məntəqəsində seçki qutusu saat 0725-də seçki bülletenləri ilə doldurulub. 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Lətafət Məlikovanın verdiyi məlumata görə, seçki məntəqəsində seçki qutularına topa şəkildə seçki bülletenləri atılır. 75 saylı Lənkəran-Masallı seçki dairəsinin 79 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü İbrahim Məmmədovun verdiyi məlumata görə onu seçki komissiyasının işinə buraxmırlar, ona təzyiq göstərilərək, müşahidəçilərin yanında əyləşməyə icazə verilib. 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 17 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu müşahidəçi Ramiz Hacıyevin verdiyi məlumata görə, seçki bülletenləri məntəqə seçki komissiyası üzvləri tərəfindən sayılmayıb. Müşahidəçilərin bu barədə təklifinə məhəl qoyulmayıb. 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 32 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Akif Babayevin verdiyi məlumata görə, seçki komissiyasının sədri onlara karbonlaşmış seçki protokollarının verilmədiyini bildirib. Bu dairənin əksər məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyasının işində iştirak etməyə imkan verilməyib və onlar müşahidəçilərlə birlikdə kənarda əyləşməyə məcbur ediliblər. 20 saylı Nərimanov ikinci seçki dairəsindən səlahiyyətli nümayəndə Qabil Qafarovun verdiyi məlumata görə, bu dairənin bütün seçki məntəqələrində məşvərətçi səs hüquqlu komissiya üzvlərinə seçki komissiyasının işində iştirak etməyə imkan verilməyib və onlar müşahidəçilərlə birlikdə kənarda əyləşməyə məcbur ediliblər. Bu barədə DSK sədri Eldar Sadıqova şikayət edilib. DSK sədri məşvərətçi səs hüquqlu komissiya üzvlərinin yalnız müşahidə səlahiyyəti olduğunu bildirib. 9 oktyabr 2013, saat 09:40 Cəmil Həsənlinin Seçki Qərargahı PRESS-RELİZ-3 8 saylı Binəqədi birinci seçki dairəsinin 22 saylı seçki məntəqəsindən prezidentliyə namizəd Cəmil Həsənlinin vəkili Pənah Hüseynin verdiyi məlumata görə, seçki məntəqəsində indiyədək səs verən 110 seçicidən 40 seçici qeydiyyatdançıxma vəsiqəsi ilə səs verib. Onlar Seçki Məcəlləsinə zidd olaraq müvafiq sənədə ünvanlarını yazaraq imza atmayıblar. 35 saylı Xətai üçüncü seçki dairəsinin 22 saylı seçki məntəqəsindən səlahiyyətli nümayəndə Mustafa Hacılının verdiyi məlumata görə, şəxsiyyət vəsiqəsi təqdim etməyən seçicilərə seçki bülletenləri verilir. 54 saylı Şabran-Siyəzən seçki dairəsinin 8 saylı məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Akif Şahbazovun verdiyi məlumata görə, bir seçicinin bir neçə seçki bülletenini seçki qutusuna atdığı müşahidə olunub və bu barədə akt tərbib edilib. 17 saylı Yasamal üçüncü seçki dairəsinin 19 saylı seçki məntəqəsindən jurnalist Tahir Cəfərovun verdiyi məlumata görə, seçki məntəqəsi vaxtından əvvəl açılıb Müsavat Partiyası Xətai rayon təşkilatından verilən məlumata görə, 34 saylı Xətai ikinci seçki dairəsinin 12 saylı seçki məntəqəsində məşvərətçi səs hüquqlu komissiya üzvünə seçki komissiyasının işində iştirak etməyə imkan verilməyib. O, müşahidəçilərin yanında oturmağa məcbur edilib. KXCP-nin mərkəzi qərargahından verilən məlumata görə, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 42 saylı məntəqəsində seçki qutusu səsəvermə otağına gətirilərkən içində seçki bülletenləri olub. Müşahidəçilərin etiraz etməsinə baxmayaraq, içərisində seçki bülletenləri olan seçki qutusu möhürlənməyib. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin müşahidəçisi Bəşir Süleymanlının verdiyi məlumata görə, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin əksər seçki məntəqələrinə SMDT-nin rəsmən qeydiyyatda keçmiş müşahidəçiləri buraxılmayıb. 95 saylı Tərtər seçki dairəsinin 36 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mübariz Həsənovun verdiyi məlumata görə, seçki qutusuna topa şəkildə seçki bülletenləri atılıb. 15 saylı Yasamal birinci seçki dairəsinin 9 saylı seçki məntəqəsindən səlahiyyətli nümayəndə Zərifə Məhəddinovanın verdiyi məlumata görə, ona seçki məntəqəsində müşahidə aparmağa imkan verilməyib və o məntəqədən çıxarılıb. 9 oktyabr 2013, saat 09:50 Cəmil Həsənlinin Seçki Qərargahı PRESS-RELİZ-4 8 saylı Binəqədi birinci seçki dairəsindən prezidentliyə namizəd Cəmil Həsənlinin vəkili Pənah Hüseynin verdiyi məlumata görə, 8 nəfərdən ibarət qrup 276 saylı məktəbdə yerləşən 20, 21, 22 saylı məntəqələrdə karusel üsulu ilə səs verirlər. 27 saylı Sabunçu ikinci seçki dairəsinin 7 sayli seçki məntəqəsindən Cəsur Məmmədovun verdiyi məlumata görə, bəzi seçicilər barmaqlarına mürəkkəb vurulmadan seçki məntəqələrinə buraxılıb. Bu barədə protokol tərtib edilməsi ilə əlaqədar müşahidəçilərin tələbi yerinə yetirilməyib. 36 saylı Xətai dördünçü seçki dairəsinin 15, 16, 30 saylı seçki məntəqələrinə prezidentliyə namizəd Cəmil Həsənlinin mənafelərini müdafiə edən müşahidəçilər seçki məntəqələrinə buraxılmır. 34 saylı Xətai ikinci secki dairəsinin 4 saylı secki məntəqəsində komissiya sədri müşahidəçilərə qarşı kobudluq edir, onların öz vəzifələrini icra etməsinə imkan vermir və polislə təhdid edir. 120 sayli Cəbrayıl-Qubadlı seçki dairəsinin 47 saylı seçki məntəqəsində YAP-dan olan müşahidəçi Nizam Vəliyev səsvermə kabinələrinə girib səsverməyə müdaxilə edir. 15 saylı Yasamal birinci seçki dairəsinin ərazisində bir qrup şəxs “90-CP-490” nömrə-nişanlı Hunday markalı avtobusla gəzdirilərək müxtəlif məntəqələrdə karusel üsulu ilə səs verir. 108 saylı Ağstafa seçki dairəsindən səlahiyyətli nümayəndə Səxavət Soltanlının verdiyi məlumata görə, 1, 2,3 və 4 saylı seçki məntəqələrində əmək kollektivləri kollektivin rəhbərlərinin iştirakı ilə gələrək səs verir. 34 saylı Xətai ikinci secki dairəsinin, 17, 18, 19, 21 saylı məntəqələri 269 saylı məktəbin Ella adlı direktoru karusel əməliyyatına rəhbərlik edir. 9 oktyabr 2013, saat 10:30 Cəmil Həsənlinin Seçki Qərargahı PRESS-RELİZ-5 45 saylı Abşeron seçki dairəsinin 10 saylı məntəqəsindən verilən məlumata görə, seçki məntəqəsinin sədri Tərlan Hacızadə prezidnetliyə namizəd Cəmil Həsənlinin maraqlarını müdafiər edən müşahidəçiləri seçki məntəqəsindən uzaqlaşdırmağa cəhd edib. Müşahidəçilər təhdid olunur. Bu məntəqədə qeydiyyatda olmayan seçicilərin səs verməsinə imkan yaradılır. 95 saylı Tərtər seçki dairəsinin 4 saylı seçki məntəqəsindən müşahidəçi Xaqani Məmmədin verdiyti məlumata görə, rayon təhsil şöbəsinin işçisi Nuriyev İntiqam Azad oğlu karusel əməliyyatı təşkil edərkən müşahidəçilər tərəfindən məntəqədə yaxalanıb. 15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Zərifə Məhəddinovanın verdiyi məlumata görə, büdcə təşkilatlarının işçiləri seçki qutusuna topa şəklində seçki bülletenləri atır. 8 saylı Binəqədi birinci seçki dairəsinin 12 saylı seçki məntəqəsindən səlahiyyətli nümayədə Əflatun Hüseynovun verdiyi məlumata görə, seçki məntəqəsinə azsaylı seçicilərin gəlməsinə baxmayaraq, seçki qutuları artıq dolub. 45 saylı Abşeron seçki dairəsinin 10 saylı məntəqəsindən verilən məlumata görə, indiyədək səs verən 44 seçicidən 20-si qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verib. Onlar qanunun tələbinə zidd olaraq müvafiq sənədə ünvanlarını yazaraq imza atmayıb. 120 sayli Cəbrayıl-Qubadlı seçki dairəsinin 4 saylı məntəqəsindən müşahidəçi Aydın Əliyevin verdiyi məlumata görə, bir seçiciyə iki seçki bülleteni verilir. 34 saylı Xətai üçüncü secki dairəsinin 13 və 14 saylı məntəqələrindən müşahidəçi Rza Abdullayevin verdiyi məlumata görə, 98 saylı məktəbin direktoru karusel əməliyyatına rəhbərlik edir. 31 saylı Suraxanı ikinci secki dairəsinin 2 saylı məntəqəsindən verilən məlumata görə, Nataliya adında şəxs AXCP-nin nümayəndəsi kimi qeydiyyata düşüb. AXCP-dən alınan məlumata görə, onun bu təşkilata heç bir aidiyyatı yoxdur. 9 oktyabr 2013, saat 11:10 Cəmil Həsənlinin Seçki Qərargahı PRESS-RELİZ-6 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Ramazan Əliyevin verdiyi məlumata görə, 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə məşvərətçi səs hüquqlu komissiya üzvü olan Ramiz Mustafayev bu dairənin 1 saylı məntəqəsində olarkən polis tərəfindən məntəqədən çıxarılıb və polis idarəsinə aparılıb. 17 saylı Oğuz-Qəbələ seçki dairəsinin 20 saylı Şirvanlı kənd seçki məntəqəsindən müşahidəçi Ramin Musayevin verdiyi məlumata görə, kəndin sahə müvəkkili və kənd icra nümayəndəsi seçki məntəqəsinin önündə dayanaraq, səsverməyə gələn seçicilərə təsir göstərirlər. 34 saylı Xətai ikinci seçki dairəsinin 7 saylı məntəqəsindən müşahidəçi Cəlal Qarayevin verdiyi məlumata görə, bir seçici seçki qutusuna 7 bülleten atarkən saxlanılıb. 64 saylı Sabirabad ikinci seçki dairəsinin 10 saylı Moranlı məntəqəsindən verilən məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvü Mikayıl İsmayılovun müşahidə aparmasına imkan verilməyib, o seçki məntəqəsindən çıxarılıb. 29 saylı dairənin 17-18-19 məntəqələrində 51-162 saylı məktəbin müəllimləri karusel əməliyyatında iştirak edir. 8 saylı Binəqədi birinci seçki dairəsinin 4, 5 saylı məntəqələrindən jurnalist Xalid Qarayevin verdiyi məlumata görə, seçicilər ümumvətəndaşlıq pasportu ilə səs verirlər. Müşahidəçilərə müşahidə üçün imkan verilmir. 57 saylı Kürdəmir seçki dairəsinin 26 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Lətafət Məlikovanın verdiyi məlumata görə seçki qutusuna seçki bülletenləri topa şəkildə atılır. 81 saylı Neftçala seçki dairəsinin 4, 5 və 6 saylı məntəqələri vaxtında açılmayıb, seçki bülletenləri sayılmadan səsvermə başlayıb. 15 saylı Yasamal birinci seçki dairəsinin 22 saylı məntəqəsindən səlahiyyətli nümayəndə Maarif Ağaməmmədovun verdiyi məlumata görə, səsvermə elan olunmamışdan qabaq içəridə bir qrup seçiciyə seçki bülleteni verilərək səsvermə başlanıb. Həmin dairənin 23 saylı MnSK-ya 22 saylı MKİS-in işçiləri tərəfindən karusel üsulu ilə seçiciər gətirilir. 34 saylı Xətai ikinci seçki dairəsinin 30 saylı məntəqəsindən verilən məlumata görə, məşvərətçi səs hüquqlu komissiya üzvü Sevil Məmmədova karusel əməliyyatı həyata keçirən qrupu mobil telefon vasitəsilə çəkərkən, seçki komissiyasının sədri və katibi Sevil Məmmədovanın mobil telefonunu zorla əlindən alıblar.
Posted on: Wed, 09 Oct 2013 07:32:00 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015