DUANIN ŞƏRTLƏRİ: Duanın Allah yanında qəbul olması - TopicsExpress



          

DUANIN ŞƏRTLƏRİ: Duanın Allah yanında qəbul olması üçün bir neçə şərtləri vardır ki, onları mütləq yerinə yetirmək lazımdır. Həmin şərtlər bunlardır. 1. Dua edən bilməlidir ki, onun duasına cavab verməyə qadir olan yalnız Allahdır və həmçinin, bilməlidir ki, Allahdan başqa heç kəs ona nə xeyir verə bilməz nə də ki, ondan bir zərəri uzaqlaşdıra bilməz. Allah-təala buyurmuşdur: � ﺃَﻣَّﻦ ﻳُﺠِﻴﺐُ ﺍﻟْﻤُﻀْﻄَﺮَّ ﺇِﺫَﺍ ﺩَﻋَﺎﻩُ ﻭَﻳَﻜْﺸِﻒُ ﺍﻟﺴُّﻮﺀَ ﻭَﻳَﺠْﻌَﻠُﻜُﻢْ ﺧُﻠَﻔَﺎﺀ ﺍﻟْﺄَﺭْﺽِ ﺃَﺇِﻟَﻪٌ ﻣَّﻊَ ﺍﻟﻠَّﻪِ ﻗَﻠِﻴﻠًﺎ ﻣَّﺎ ﺗَﺬَﻛَّﺮُﻭﻥَ › "[Ey Məhəmməd, de ki, Allahdan qeyrilərinə ibadət etdikləriniz yaxud köməyə çağırdıqlarınız yaxşıdır] yoxsa əli hər yerdən üzülüb darda qalan bir kimsə Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, [sizdən] şəri sovuşduran, sizi yer üzünün varisləri edən kəs? Məgər Allahla yanaşı başqa bir haqq ilahmı var, Siz nə az düşünüb daşınırsınız!" [1] 2. Allahdan qeyrisinə dua etməmək [2] Allahdan qeyrisinə dua edən kəs Allaha şərik qoşmuş və bağışlanmayan böyük bir günah etmiş sayılır. Allah-təala buyurmuşdur: � ﺇِﻥَّ ﺍﻟﻠّﻪَ ﻻَ ﻳَﻐْﻔِﺮُ ﺃَﻥ ﻳُﺸْﺮَﻙَ ﺑِﻪِ ﻭَﻳَﻐْﻔِﺮُ ﻣَﺎ ﺩُﻭﻥَ ﺫَﻟِﻚَ ﻟِﻤَﻦ ﻳَﺸَﺎﺀ ﻭَﻣَﻦ ﻳُﺸْﺮِﻙْ ﺑِﺎﻟﻠّﻪِ ﻓَﻘَﺪْ ﺿَﻞَّ ﺿَﻼَﻻً ﺑَﻌِﻴﺪًﺍ › "Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan aşağı olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs şübhəsiz ki, [haqq yoldan] çox azmışdır." [3] Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "İstədiyin vaxt Allahdan istə, kömək istədiyin zaman Allahdan kömək istə." [4] 3. Allaha düzgün olan təvəssüllərlə təvəssül etmək [yaxınlaşmaq] və bidət təvəssüllərdən uzaq olmaq Şəriətdə icazəli olan təvəssüllərin bir neçəsi bunlardır. a). Allahın adlarından yaxud sifətlərindən biri ilə Ona təvəssül etmək Necə ki, Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) bəzi dualarında deyərdi: "...Allahım, özünü adlandırdığın bütün adlarınla Səndən istəyirəm..."[5] Yaxud tələb olunan duaya münasib olan ad seçmək. Yəni: Bağışlanma istəyərkən Allahı əl- Ğafur [bağışlayan] adı ilə, ruzi diləyərkən ər- Razzəq [ruzi verən] və ya əl-Vahhəb [əta edən- hədiyyə verən] adı ilə, elm istəyərkən əl-Alim [hər şeyi bilən] adı ilə və s. çağıraraq dua etmək. Allah-təala buyurmuşdur: � ﻭَﻟِﻠّﻪِ ﺍﻷَﺳْﻤَﺎﺀ ﺍﻟْﺤُﺴْﻨَﻰ ﻓَﺎﺩْﻋُﻮﻩُ ﺑِﻬَﺎ › "Allahın gözəl adları vardır. Onu həmin adlarla çağırıb dua edin..."[6] Allahın sifəti ilə təvəssül etmək. Yəni: Allahım, mən Səndən Sənin uca sifətlərinlə, hər şeyi əhatə edən rəhmətinlə, əzəmətinlə və s. istəyirəm deyərək duaya başlamaq. b). Allaha saleh əməllərlə təvəssül etmək Məsələn; Allahım, mən Sənə iman etdiyim üçün, Səni sevdiyim üçün, Rəsuluna tabe olduğum üçün Səndən istəyirəm deyərək duaya başlamaq. Yaxud duadan öncə etdiyi saleh əməli zikr edərək həmin əməllə Allaha təvəssül etmək. Allah-təala buyurmuşdur: � ﺍﻟَّﺬِﻳﻦَ ﻳَﻘُﻮﻟُﻮﻥَ ﺭَﺑَّﻨَﺎ ﺇِﻧَّﻨَﺎ ﺁﻣَﻨَّﺎ ﻓَﺎﻏْﻔِﺮْ ﻟَﻨَﺎ ﺫُﻧُﻮﺑَﻨَﺎ ﻭَﻗِﻨَﺎ ﻋَﺬَﺍﺏَ ﺍﻟﻨَّﺎﺭِ › "O bəndələr ki, ey Rəbbim, biz həqiqətən Sənə iman gətirmişik günahlarımızı bağışlayıb bizi Cəhənnəm əzabından qoru deyirlər." [7] Həmçinin, buyurmuşdur: � ﺭَّﺑَّﻨَﺎ ﺇِﻧَّﻨَﺎ ﺳَﻤِﻌْﻨَﺎ ﻣُﻨَﺎﺩِﻳًﺎ ﻳُﻨَﺎﺩِﻱ ﻟِﻺِﻳﻤَﺎﻥِ ﺃَﻥْ ﺁﻣِﻨُﻮﺍْ ﺑِﺮَﺑِّﻜُﻢْ ﻓَﺂﻣَﻨَّﺎ ﺭَﺑَّﻨَﺎ ﻓَﺎﻏْﻔِﺮْ ﻟَﻨَﺎ ﺫُﻧُﻮﺑَﻨَﺎ ﻭَﻛَﻔِّﺮْ ﻋَﻨَّﺎ ﺳَﻴِّﺌَﺎﺗِﻨَﺎ ﻭَﺗَﻮَﻓَّﻨَﺎ ﻣَﻊَ ﺍﻷﺑْﺮَﺍﺭِ › "[O kəslər ki, deyərlər:] Ey Rəbbimiz, həqiqətən biz Rəbbinizə inanın deyə imana tərəf çağıran bir kimsənin [Rəsulunun] çağırışını eşidib Sənə iman gətirdik. İndi günahlarımızı bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al!" [8] c). Allaha saleh, diri və qadir olan adamın duası ilə təvəssül etmək Ənəs (radiyallahu anhu) rəvayət edir ki; "Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) cümə günü xütbə verərkən bir bədəvi gələrək Ona yağışın yağmadığına görə çətinlikdə olduqlarından şikayət edir. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) yağışın yağması üçün Allaha dua edir. Minbərdən enməmiş yağışın suyu Onun saqqalından damcıldamağa başlayır."[9] Pis aqibətlə nəticələnməmək şərti ilə[10] saleh insandan dua etməsini istəməyə dair bir neçə sübutlar vardır. ç). Dua edənin ehtiyaclı, zəif, günahkar və təqsirli olduğunu etiraf edərək təvəssül etməsi Məsələn; Allahım, mən Sənin Sənə möhtac olan və günahkar bir qulunam məni bağışlamağını istəyirəm və s. demək. Allah-təala Yunus (aleyhi-s-sələm) haqqında buyurmuşdur: � ﻭَﺫَﺍ ﺍﻟﻨُّﻮﻥِ ﺇِﺫ ﺫَّﻫَﺐَ ﻣُﻐَﺎﺿِﺒًﺎ ﻓَﻈَﻦَّ ﺃَﻥ ﻟَّﻦ ﻧَّﻘْﺪِﺭَ ﻋَﻠَﻴْﻪِ ﻓَﻨَﺎﺩَﻯ ﻓِﻲ ﺍﻟﻈُّﻠُﻤَﺎﺕِ ﺃَﻥ ﻟَّﺎ ﺇِﻟَﻪَ ﺇِﻟَّﺎ ﺃَﻧﺖَ ﺳُﺒْﺤَﺎﻧَﻚَ ﺇِﻧِّﻲ ﻛُﻨﺖُ ﻣِﻦَ ﺍﻟﻈَّﺎﻟِﻤِﻴﻦَ .ﻓَﺎﺳْﺘَﺠَﺒْﻨَﺎ ﻟَﻪُ ﻭَﻧَﺠَّﻴْﻨَﺎﻩُ ﻣِﻦَ ﺍﻟْﻐَﻢِّ ﻭَﻛَﺬَﻟِﻚَ ﻧُﻨﺠِﻲ ﺍﻟْﻤُﺆْﻣِﻨِﻴﻦَ › "...[Yunus] qaranlıqlar içində ey Rəbbim, Səndən başqa heç bir haqq ilah yoxdur. Sən pak və müqəddəssən. Mən isə həqiqətən zalimlərdən olmuşam[əmrinə qarşı çıxaraq özümə zülm etmişəm] -deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat verərik."[11] 4. Duanın qəbuluna tələsməkdən çəkinmək İnsan dua edərkən duanın qəbul olmasına tələsməməlidir. Əgər duanın qəbulunun gecikdiyini görərsə "nə üçün gecikdi" deməməlidir. Çünki tələsmək duanın qəbulunun qarşısını alan səbəblərdən biridir. Əbu Hureyrədən rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Hər birinizin duası tələsmədikcə qəbul olar. [Tələsmək odur ki,] deyər: Dua etdim lakin qəbul olmadı."[12] Həmçinin, buyurmuşdur: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olmaqda davam edər." Deyildi: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurdu: "Deyər: Çoxlu dua etdim lakin qəbulunu görmədim. O zaman bezər və duanı tərk edər."" [13] 5. Xeyirli dua etmək Allah yanında duanın qəbul olunması üçün dua xeyirli, günah və qohumluq əlaqələrinin kəsilməsi barədə olmamalıdır. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Bir qul günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etməzsə duası qəbul olar." [14] 6. Allah haqqında yaxşı zəndə olmaq Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Allaha dua edərkən dualarınızı qəbul edəcəyinə yəqin olduğunuz halda edin." [15] Həmçinin, buyurmuşdur: "Mən qulumla mənə qarşı olan zənninə görə davranaram..."[16]. İnsan Rəbbinə dua etdiyi zaman onun duasına cavab verəcəyinə, tövbə etdiyi zaman tövbəsini qəbul edəcəyinə, bağışlanma dilədiyi zaman bağışlayacağına və yaxşı əməl etdiyi zaman savab verəcəyinə səmimi qəlbdən iman etməlidir. Lakin günahlarda davam edərək və əməldə müqəssir olaraq Allah-təalanın onu bağışlayacağını, savab və duasına cavab verəcəyini zənn etmək heç də Allah haqqında yaxşı zəndə olmaq deyildir. Əksinə, bu qürurdan və cəhalətdən doğan batil arzulardır. 7. Qəlbin ayıq olması Qul dua edərkən qəlbi ayıq olmalı, nə dediyini anlamalı və dua edilənin böyüklüyünü dərk etməlidir. Çünki bəzən insan əzbərlədiyi yaxud hər dəfə təkrarladığı duanı adət halına çevirərək dili ilə deyir, lakin qəlbi ilə başqa yerdə olur, nə üçün və kimə dua etdiyinə məhəl qoymur. Belə etmək duanın qəbul olunmasına mane olan ən böyük amillərdəndir. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Bilin ki, Allah-təala ayıq olmayan (dilin nə dediyini anlamayan) qəlbdən edilən duanı qəbul etməz. "[17] 8. Duanın şəriətdə icazəli olması Bəyənilir ki, edilən dua "Quran"da dua halında keçən ayələrdən, yaxud sünnədən olsun. Lakin insan ürəyindən keçən hər hansı bir duanı istədiyi şəkildə edə bilər. Bir şərtlə ki, şəriətə zidd olan, yəni Allaha yaxınlaşmaq üçün edilən bidət təvəssüllərdən, şirkdən və s. uzaq olsun. 9. Yemək və geyimin halal olması Bəziləri vardır ki, haram mallarla; oğurluqla, donuz əti yeməklə, içgi içməklə və s. qidalanar və sonra da dualarının qəbul olmadığından şikayətlənərlər. Halbu ki, haram yemək duanın qarşısını alan ən böyük amillərdəndir. Allah-təala buyurur: � ﺇِﻧَّﻤَﺎ ﻳَﺘَﻘَﺒَّﻞُ ﺍﻟﻠّﻪُ ﻣِﻦَ ﺍﻟْﻤُﺘَّﻘِﻴﻦَ › "Allah yalnız müttəqilərdən [Ondan qorxanlardan] qəbul edər!" [18] Şübhəsiz ki, azuqəsi haram olan insan Allahdan layiqincə qorxan deyildir. Həmçinin, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur: "Həqiqətən də, Allah pakdır və yalnız pakı qəbul edər..." [19] Başqa bir hədisdə haram geyib haram ilə qidalanaraq dua edən barəsində buyurmuşdur: "…O, əllərini göyə qaldıraraq "ey Rəbb, ey Rəbb", - deyər. Onun yeməyi, içməyi, geyimi və qidası haram olduğu halda duası hardan qəbul olunar?"[20] 10. Dua edərkən səsi ucaldaraq həddi aşmamaq Allah-təala buyurmuşdur: � ﺍﺩْﻋُﻮﺍْ ﺭَﺑَّﻜُﻢْ ﺗَﻀَﺮُّﻋًﺎ ﻭَﺧُﻔْﻴَﺔً ﺇِﻧَّﻪُ ﻻَ ﻳُﺤِﺐُّ ﺍﻟْﻤُﻌْﺘَﺪِﻳﻦَ › "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları [qışqıraraq dua edənləri] sevməz!" [21]. Həmçinin, buyurmuşdur: � ﻭَﻻَ ﺗَﺠْﻬَﺮْ ﺑِﺼَﻼَﺗِﻚَ ﻭَﻻَ ﺗُﺨَﺎﻓِﺖْ ﺑِﻬَﺎ ﻭَﺍﺑْﺘَﻎِ ﺑَﻴْﻦَ ﺫَﻟِﻚَ ﺳَﺒِﻴﻼً › "Dua edərkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun [bu iksinin] arasında orta bir yol tut!" [22]. ------------------------------------------------------------------------------ [1] - 27) "ən-Nəml" - 62. 24 - bax: səh, 96. [3] - 4) "ən-Nisə" - 116. 26 - Əhməd, 1/293; Tirmizi, 2511-ci hədis, Albani səhihləşdirmişdir, "Sahihu-l-cəmi" 7957-ci hədis. 27 - Əhməd, 1/391, Albani səhihləşdirmişdir, "Silsilətu-l-əhədisi-s-sahihə" 199-cu hədis. [6] - 7) "əl-Əraf" - 180. [7] - 3) "Əli İmran" - 16. [8] - 3) "Ali İmran" - 193. [9] - əl-Buxari, 933-cü hədis; Muslim, 897-ci hədis. [10] -bax: səh, 111. [11] - 21) "əl-Ənbiyə" - 87-88. [12] - əl-Buxari, 6340-cı hədis; Muslim, 2735. [13] - Muslim, 2736-cı hədis. [14] - Buxari, 655-ci hədis; Müslim, 2735-ci hədis. [15] - Tirmizi, 3479-cu hədis, Albani həsənləşdirmişdir. "Sahihu-l-Cəmi", 245-ci hədis. [16] - Buxari, 7405-ci hədis; Müslim, 2675-ci hədis. [17]- Tirmizi, 3479-cu hədis, Albani həsənləşdirmişdir. "Sahihu-l-Cəmi", 245-ci hədis. [18]-5) "əl-Məidə" - 27. [19]- Müslim, 1115-ci hədis. [20] -Muslim, 1015. [21]-7) "əl-Əraf" - 55. [22]-17) "əl-İsra" - 110.
Posted on: Tue, 01 Oct 2013 18:18:43 +0000

Trending Topics



� Dumnezeu vrea ca tu să
fxwruKg4p6qnreaz
-hours-of-topic-884592691572259">Ive had this for 2 1/2 years and Ive used it maybe 2 hours of
HIPOCRESÍA HIPOCRESÍA HIPOCRESÍA LA IGLESIA CATÓLICA DIRIGIDA
Industri pertunjukkan musik termasuk aliran metal merupakan
Who are we in the craft? The hairdresser community is much

Recently Viewed Topics




© 2015