Dahi filosof, astronom, riyaziyyatçı, alim və arif Ayətullah - TopicsExpress



          

Dahi filosof, astronom, riyaziyyatçı, alim və arif Ayətullah Həsənzadə Amuli öz xatirələrinin birində deyir: “Mən (əsrinin nadir incisi, böyük arif və ariflər müəllimi təbrizli) mərhum Seyid Əli Qazi Təbrizinin arif və kamil əxlaqa yiyələnmiş şagirdlərindən olan (təbrizli alim, filosof və arif, həmçinin, iyirmi cildlik dəyərli “əl-Mizan” təfsirinin müəllifi) mərhum Əllamə Təbatəbainin böyük qardaşı seyid Məhəmmədhəsən İlahidən dəfələrlə xahiş etmişdim ki, nə vaxt əllamə Qazinin yanına getsə, mənim tərəfimdən ondan xahiş etsin ki, İmam Zamanın görüşünə müvəffəq olmağım üçün məni də özünə şərik etsin və mənim üçün də İmamdan görüş icazəsi alsın (Mən bilirdim ki, bu iki əzəmətli şəxs İmamla görüş səadətinə çatıblar.). Bir gün Amulda olduğum vaxt günortadan sonra evdə bir az dincəlmək istəyirdim. Lakin uşaqlar səs-küy salıb mane oldular. Mən əsəbləşib onlara acıqlandım və bir az kobud rəftar etdim. Amma sonradan öz hərəkətimdən peşman oldum... Uşaqları incitdiyim üçün vicdanım çox narahat idi. Axşamüstü bazara gedərək bir az şirniyyat və meyvə alıb evə gətirdim ki, bəlkə bu yolla uşaqların qəlbini ələ alam. Lakin vicdanım təskinlik tapmırdı və çox narahat idim. Nəhayət qərara gəldim ki, Təbrizə gedib (mərhum) Seyid Məhəmmədhəsən İlahi ilə görüşüm. Beləliklə Təbrizə getdim. Gəlməyimin səbəbini deməzdən əvvəl ondan soruşdum: − Mənim xahişimi Seyid Əllamə Qaziyə çatdırdınızmı? Dedi: Mən bununla bağlı sizə bir məktub yazmışdım, amma sizin ünvanınızı bilmədiyim üçün qardaşıma (Seyid Məhəmmədhüseyn Təbatəbaiyə) göndərdim ki, sizə çatdırsın. O, məktubda yazmışdım ki, sizin xahişinizi ustad Qaziyə çatdırarkən o, bir az fikrə daldı, sonra narahatlıqla dedi: “O, ailə və uşaqlarına qarşı olan o cür davranışı ilə bu yolu necə keçmək istəyir və necə bu mərtəbəyə nec əçatmaq fikrindədir?!”.........saday
Posted on: Wed, 25 Sep 2013 09:34:56 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015