Dan yeri sökülür…Nurusa şəhərə süzülür... - TopicsExpress



          

Dan yeri sökülür…Nurusa şəhərə süzülür... Uğaqlardan, buludların arasından Günəş də mənə hərdən göz vurur... Eyvandan baxdıqda hələdə həyatını davam etdirmək istəyən yarpaqların.. , ala-tala otların libasının sanki dəyişdiyini görürəm... tünd rənglər getdikcə daha açıq çalarlarla əvəz olunurlar...Səhərim, nə vəd edirsən mənə?...axı sual verdim...Ah... Səhərim narın mehi ilə üzümü sığalladı... balaca uşaqlar kimi başıma tumar çəkdi sanki... üzüməsə bir yağış damlası qondu...Başa düşdüm ki, burda yağış cığalladı...gülümsədim... Günəş gözlərimdə doğdu...kədər, qəm - haaaamisini içimdə böğdu... Artıq Ay da gizləndi... Ömür boyu bunlar yorulmurlar gizlənqaç oynamaqdan... Ətraf da elə bir qədər cilvələndi.. Torpaqda minik sərçə dimdiyini kiçik gölməçəyə batıraraq əl-üzünü yuyur...tüklərini pırpızlandirır...Dimdiyinə nəsə göürüb uçdu.. Görəsən hara apardı?...Xəyallarım da uçdu... dünyaya, səmaya, dənizə səpələndi... dənizim ləpələndi..., onları yudu..., külək sərdi...,günəşimsə qurutdu.. Haaamısı təzələndi...hər yerə...hər yerə... özümə, insanlara, küçələrə kiçik sevinc...sevgi ulduzları ələndi...Dostlar, bu ulduzcuqlara arxa çevirməyin..sevin və sevilin... İmza;ulduzcuqlardan birini tapan...
Posted on: Sun, 09 Feb 2014 22:05:31 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015