Dava bazar davasıdı Rusların Zeynalov şousu ilə bağlı - TopicsExpress



          

Dava bazar davasıdı Rusların Zeynalov şousu ilə bağlı nüfuzlu bir şəmkirli biznesmendən çox maraqlı versiya eşitmişəm. Adam bu hadisələrin içində olan və dəyərli bir şəxs olduğu üçün ağlabatan söhbətdi: Deməli, güman edildiyi kimi burada əsas söhbət Pokrova bazarı ilə bağlıdı. Hadisənin təşkilatçısı ilə biznes maraqlarının güdən bir azərbaycanlı oliqarxdı. Hansı ki, Rusiya prezidentinə çox yaxındı və planını həyata keçirmək üçün onu da maraqlandıra bilib (bəribaşdan deyim ki, İlham Rəhimov deyil). Böyük plan isə Rusiyanın meyvə-tərəvəz bazarını tam monopoliya etməkdən ibarətdi. Bunun üçün o, milyonlarla pul xərcləyərək, müasir, tam yeni şərtlərlə işləyəcək (hansı ki, orada vergi, sənədləşdirmə qaydalara daha uyğun həyata keçiriləcək və Azərbaycandan gələn sıravi vətəndaşlarımızın varlanmaq üçün əvvəlki imkanları olmayacaq) təzə çox iri topdansatış bazarı tikib. Artıq obyektin hazır olduğu və Moskavada qısa zaman kəsiyində 18 bazarın bağlanmasının məhz bununla bağlılığı söylənilir. Amma həmyerlimiz çox çalışsa da, uzun müddət Moskvanın 80 faizini meyvə-tərəvəzlə təmin edən Pokrova bazarını sıradan çıxara bilməyibmiş. Rusiyada hamı bilir ki, bu bazarı idarə edən bir başqa həmyerlimizmiş. Hazırda həbsə atılan dağıstanlı qardaşlar daha çox formal olaraq Pokrovanın yiyəsi sayılır (bunu bazarın fəxri prezidenti olan, rəsmi direktorların yaxın qohumu - Rusiyanın milli qəhrəmanı Tolbeyev də son açıqlamasında təsdiqləyir). Bazara nəzarət elə ləqəbi “Pokrov” olan və Azərbaycanın Qərb bölgəsində hamının tanıdığı, zəngin və nüfuzlu leninkəndli (Şəmkirin inidki Çinarlı kəndi) biznesmenmiş. Prezidentin xeyir-duasına arxalanan oliqarxımız “Pokrov”u heç cür razı sala bilməyibmiş. Ona yeni layihəsində müəyyən faiz versə də, şəmkirli iş adamı qəti rədd cavabı veribmiş. İddiaya görə, onun şəxsi gündəlik qazancı milyon dolları ötən hazır bazarını dağıtmaq heç arzusu olmayıbmış. Leninkəndli Moskavadakı kanalları sayəsində (güc strukturlarından tutmuş, iri raqlı məmurlara qədər hamısının payı artıqlaması ilə çatdırmış) toxunulmaz olduğun düşünürmüş. Deyilənə görə, ən böyük “krışası” da FSB imiş. Ancaq bildiyiniz kimi Putin Rusiyanın tək ağasıdı və onun şəxsi marağı bu çəkişmədə həlledici olub. Ona görə də məlum Zeynalov olayı ssenariləşdirilib. Və əsas hədəf - Pokrova bazarının bağlanmasına nail olunub. Əlbəttə, burada digər maraqlar da var. Məsələn, Azərbaycanı Kömrük İttifaqına girməyə məcbur etmək üçün növbəti təzyiq vasitəsi. Ancaq nə qədər qəribə görünsə də, bunlar ikinci dərəcəlidi. Çünki bu yolla Azərbaycan hökümətini dizə gətirəcəyinə heç Putin özü də inanmır, sadəcə şərtlərini ağırlaşdırmaq üçün fürsəti boşa verməyib, daha bir “rıçaq”a baxır. Əsas dava isə Rusiya meyvə-tərəvəz bazarına nəzarəti ələ almaqdı. Hansı ki, burada dövr edən pul bütöv bir ölkənin büdcəsinə bərabər tutulur. Bazar-bazar deyib, keçməyin. Zarafat deyil... Qurama işin əsas qurbanı Zeynalovun şəmkirli (Pokrovada sakinləri at oynadan Çinarlıyla qonşu Seyfəli kəndindəndi) olması da, təsadüf deyil. Bir növ mesajdı... İndi sıranın Piterdəki ölkənin digər nəhəng meyvə-tərəvəz bazasına çatdığı söylənilir. Sofiyski adlanan bu bazada artıq yoxlamalar başlanıb. Sofiyski də formal olaraq osetinlərin adınadı, amma əslində Şəmkirin bir başqa zəngin kəndi Şiştəpə sakinləri orada ağalıq edir. Belə görünür ki, Putinin tam dəstəyini alan azərbaycanlı oliqarx bu bazarları yox edib, Rusiyada meyvə-tərəvəz işini təm ələ keçirməyincə rahatlayan deyil. Baxmayaraq ki, bu yüzlərlə soydaşını əvvəlki qədər rahat yolla zənginləşməsinin qarşısını kəsəcək. Pokrovda dövr edən pullarla müqayisədə bu biznesdən qəpik-quruş qazanan Rusiya dövləti faktiki onun əliylə bu sahəni də nəzarətə götürəcək. İddianın nə qədərə real olduğunu, yaxın aylarda hadisələrin gedişatı göstərməlidi.
Posted on: Sat, 19 Oct 2013 00:08:19 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015