Deməli belə. 2013-cü il, 9 oktyabr Azərbaycan - TopicsExpress



          

Deməli belə. 2013-cü il, 9 oktyabr Azərbaycan Respublikasının VI Prezident seçkilərinin Exit-Poll`unu aparacaq heyətin tərkibində sabah saat 14`də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Naxçıvan Muxtar Respublikasına yola düşürük. Exit-Poll`u QHT Əməkdaşlıq Alyansı ilə "Prognoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzi birgə keçirəcəklər. Bu mənim üçün öz ixtisasım sahəsində mühüm aktivitə, seçki prosesində fəal iştirak və vacib təcrübə olacaqdır. Ayrıca, "Alyans" rəhbərliyinin etimadını qazanıb Naxçıvan MR-da, Naxçıvan şəhərinin özündə ekzit-pol aparacaq nümayəndə kimi Muxtar Respublikaya ezam olunmağım sarıdan "Alyans" rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Ümidvaram ki, ekzit-pol intervüyeri kimi ilk təcrübəm olsa da, təlimdə öyrəndiyim vəzifələrimin öhdəsindən layiqincə gələrək, Respublika əhəmiyyətli, ölkə miqyaslı seçimlərin nəticələrinin hesablanmasında və Prezident seçkilərinin nəticələrinin ictimaiyyətə vətəndaş cəmiyyətinin nüfuzlu institutu olaraq QHT Əməkdaşlıq Alyansı tərəfindən elan edilməsində mən də öz öhdəmə düşən işləri yerli-yerində icra edəcəm. Məsələnin qeyri-rəsmi hissəsi kimi onu da qeyd edim ki, bu mənim üçün təyyarədə ilk uçuş olacaq, sözün açığı. Təyyarə yəqin ki, Arazın o tayında qalan Azərbaycan şəhərləri üzərindən uçacaqdır - bu mənə mənəvi sevinc bəxş edir. Bundan əlavə, 8-10 oktyabr tarixlərində Naxçıvan kimi strateji əhəmiyyətli qədim Azərbaycan şəhərini görmək, onun insanları ilə ünsiyyətdə olmaq, sözsüz ki, imkan daxilində istirahət, Naxçıvan diyarında gəzinti və gözəl fotolar mənim üçün bu ezamiyyəti xüsusilə maraqlı edəcəkdir. İndi isə izninizlə gedim səfər üçün valizimi hazırlayıb, lazımı hazırlığı görüm.
Posted on: Mon, 07 Oct 2013 18:26:28 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015