Deməli bir xanımla söhbətim olmuşdu burda, dinsiz biri idi - TopicsExpress



          

Deməli bir xanımla söhbətim olmuşdu burda, dinsiz biri idi yaradılışla bağlı söhbət açdı amma sonra söhbətdən qaçdı, unun baxışı fərqli idi bizim bu adi dinsizlərdən, özünü bu yöndə çox fərqli və inanılmaz ağıllı zənn edirdi, o tanrının bu kainatın özü olduğunu deyirdi, yəni tanrının daha üstün bir varlığa sahib olub bu kainatı yaratdığına deyil də, elə tanrının bu kayinat olduğuna inanırdı, tanrını iradəsiz varlıq olaraq görürdü, bu qədər savadsız düşünən insanlar var nə yazıq ki, bizdə. Heç fəlsəfəyə girmədən ilk olaraq başlayaq həyatın necə meydana gəlməsini bizlərə açıqlayan Big Bang teoriyasından, deməli Big Bangə görə kayinat bir nöqtədən və bir məddədən yarandı və genişləndi, genişləndiyi zaman ilk ulduzlar, planetlər yarandı, tədricən və tədricən yer üzərində həyat yarandı və s.. söhbət orda deyil, daha geniş öyrənə bilərsiz, ən önəmlisi tək məddənin yox, həmdə zamanın yaranmasıdır, yəni Big Bangə qədər nə maddə var idi, nə zaman, nə də ki, məkan. Və bu dünyanı yaradan bir yaradıcı zamana və məkana sığmamalıdır, çünki zamana sığmayan bir varlıq zamanı yarada bilər, yəni zamanın və məkanın yaranması üçün zamandan və məkandan üstün olan sonsuz gücə malik olan bir yaradan olmalıdır, qısaca deyim elmlə zamana sığan bir tanrı ola bilməz çünki zaman Big Bangdə yaranıb, bu elmdə təxminən 13.7 milyard il öncə hesablanır, bu kainatı əzəli və sonsuz gücə sahib olan yaradan yarada bilər ancaq, bu tək dinlə deyil elmlə də belədir istəyənlər araşdıra bilər Big Bangi, o xanım da olduğu baxış bucağı çox gülünc bir bucaqdır və heç bir təməli izahı yoxdur. Bu arada Big Bangə də aydınlıq gətirim bilməyənlər üçün, Big Bangin tərcüməsi Böyük Parlayış deməkdir və buna görə də çoxları elə bilir ki, Big Bang həyatın böyük partlayışdan var olduğunu deyir amma elə deyil, bu ad bu teoriyanı araşdıran fizikçilər tərəfindən şərti olaraq verilib və məhşurlaşdığına görə dəyişdirilməyib, ən qısa və anlaşılan dildə desək bu teoriya kainatın bir nöqtədən yaranıb genişləndiyini, kayinatın başlanğıcının olduğu kimi sonunun da olduğunu sübut edən bir teoriyadır, zariyət. 47ə qeyd olunduğu kimi Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.. Bu da ateizmi tam çökürdür, çünki ateizm illərcə maddənin əzəli olduğu düşünürdü, yəni başlanğıcsız və sonsuz, və də inkarın da ən təməl izahlarından idi bu amma bunun tam əksi sübut olundu, atıq yaradanı danmaq mümkün deyil, hətta ateizmin bu gün ki, atası sayılan Richard Dawkinsdə yaradılışı dana bilmir amma mövqeyindən çəkilməmək üçün çox gülünc şeylər danışır və deyir kainatı U.N.O fizikçilər yaradıb, bütün elm adamları gülür amma o tutduğundan buraxmır yenə də. Çalışdım olduqca qısa və anlaşılan dildə izah edim hər şeyi, yadılışla bağlı digər teorilər haqda da yazacam vaxt olduqca.
Posted on: Mon, 10 Feb 2014 00:18:39 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015