Deməli dünən Türkiyədə maraqlı hadisə baş verib. - TopicsExpress



          

Deməli dünən Türkiyədə maraqlı hadisə baş verib. Konstitusiya məhkəməsi ordunun keçmiş generalıl İlker Başbuğun fərdi müraciətinə cavab olaraq onun hüquqlarının pozulduğu barədə qərar verib və nəticədə Başbuğ üçün azad olunma yolu açılıb. Lakin elə həmin gün prezident Gül xüsusi səlahiyyətli məhkmələrin ləğv olunmasını da nəzərdə tutan 22 maddəlik demokratikləşmə paketini imzalayıb və imzalandıqdan sonra rəsmi qəzetdə dərhal elan edilən qanun hüquqi qüvvəyə minib. Və bununla da Başbuğa ömürlük həbs cəzası verən xüsusi səlahiyyətli istanbul 13-cü ağır cinayətlər məhkəməsi ləğv edilib. konstitusiya məhkəməsi isə pozulmuş hüquqların bərpası ilə bağlı öz qərarını düzəltməsi üçün ləğv olunan bu məhkəməyə göndərib. İndi yazıq Başbuğun işi qalıb havada...
Posted on: Thu, 06 Mar 2014 21:12:12 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015