Depressiyanın müalicəsi varmı? Depressiyanın müalicəsi - TopicsExpress



          

Depressiyanın müalicəsi varmı? Depressiyanın müalicəsi onun səbəbindən, müalicənin doğruluğundan və xəstənin müalicəyə əməl etməsindən asılıdır. Depressiyanın keçməsi üçün dərmanla birlikdə xəstədə yeni bir psixologiya və yeni bir eqo yaradacaq psixoterapiya müddəti zəruridir. Necə müalicə olunmalı? Xəstəyə, antidepressif qəbulu və problemlərlə baş etmə bacarığı qazandırılmalıdır. Hər depressiyadayam deyənə dərman yazılırmı? "Depressiyadayam" deyən deyil, depressiyada olan müalicə olunur. Çünki hər " Depressiyadayam " deyən depressiyada deyil. Məsələn tənbəllik və uyumsuzluq bir depressif xəstəlik deyil, amma tənbəl özünü depressiyada zənn edə bilər. Antidepresant dərmanlar ömür boyumu qəbul edilir? Heç bir dərman mütəxəssisin nəzarətində olmadan qəbul edilməməlidir. Peşəkar mütəxəssis tərəfindən, doğru diaqnoza uyğun dərman yazılır. Diabet və ya təzyiq problemi olan pasientlərin müalicəsi uzun illər davam edə bilər. Sakitləşdirici dərman anlayışı, doğru anlayış deyil. Dərman insanı deyil, xəstəliyi sakitləşdirməyə istiqamətlidir. Sakitləşmək istəyən insana mütləq dərman lazım deyil. Doğru qiymətləndirmə və problemi həll etmə bacarığı inkişaf etdirmək bəzən sakitləşdiricidən daha əhəmiyyətlidir. Psixiatriyada təcili tibbi yardım varmı? Bütün tibbdə olduğu kimi psixiatriyada da təcili vəziyyətlər vardır. İntihar təşəbbüsü, maddə məhrumluğu, yas reaksiyaları, təcavüzkar davranışlar və ya böhran reaksiyaları təcili vəziyyətə aiddir. Belə bir vəziyyətdə ailə sakit və diqqətli olmalı və təcili olaraq peşəkar psixiatra müraciət etməlidir. Erkən müdaxilə xəstənin ruhi vəziyyətinin idarə olunması üçün əhəmiyyətlidir. Ana və ya Ata itkisi “maska”geydirirmi? Yaşadığımız narahatlıq və qorxular psixoloji ağrılara səbəb olurmu? Bədənimiz on minlərlə il əvvəlinə görə bir dəfə də dəyişmədi. Ancaq beynimizə gələn siqnallar və yeni psixoloji uyğunlaşma çətinlikləri artırdı. Xəstələr məcburedici həyat hadisələrinin çox fərqində deyillər, ya da bu dəyişməyə qarşı özlərini ifadə edə bilməyib ağrı çəkirlər. Sıxıntı və stress həmin insanlarda ağrı olaraq özünü göstərə bilir. Maskalı depresiyanın müalicəsi mümkündürmü? Maskalı depressiyada müalicə xəstəliyin xroniki olma müddətinə, insanın yaşına və cinsiyyətinə görə dəyişir. İşləyən, nizamlı, xoşbəxt və funksional münasibəti olan insanların intellektual qabiliyyətləri nə qədər artmışsa o qədər asan müalicə olunurlar. Maskalı depressiya hansı şəxsiyyət quruluşunda daha tez ortaya çıxır? Bu depressiya növü 15 yaşından əvvəl ana ya da ata itkisi, geniş ailədə yaşayan insanlarda tez-tez özünü göstərir. Bu insanlar şikayətlərini səhnələşdirilmiş şəkildə ifadə edirlər.
Posted on: Sat, 03 Aug 2013 10:45:05 +0000

Trending Topics



Recently Viewed Topics




© 2015